Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verildi
Bizi izləyin

Formula 1

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verildi

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna start verilib. Yürüşə hər biri iki pilotdan ibarət on komanda qatılıb.

Publika.az xəbər verir ki, “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Çarles Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.

Yürüş iştirakçıları 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Sıralanma turunun nəticəsindən asılı olaraq Azərbaycan Qran Prisinin həlledici mərhələsinin start düzlüşü müəyyənləşəcək.

Aprelin 29-da Formula 1 azarkeşləri Azərbaycan Qran Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm