Fettel: "Bizi Bakıda gərgin yarış gözləyir"
Bizi izləyin

Formula 1

Fettel: "Bizi Bakıda gərgin yarış gözləyir"

“Sıralama turunun ilk iki sessiyasında başa düşdüm ki, maşının vəziyyəti yaxşıdır və ona güvənmək olar”.

“Report”un məlumatına görə, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda birinci olan “Ferrari” komandasının pilotu Sebastyan Fettel deyib.

Almaniyalı pilot bildirib ki, yarış günü hər şey baş verə bilər:

“İlk cəhdimdən razıyam. Hərçənd, ideal olmayan bəzi məqamlar var. Bizi Bakıda gərgin yarış gözləyir. Hər şey ola bilər. Müsbət məqam odur ki, bu gün bizim maşınımız çox sürətli idi. Amma bu, sabah da hər şeyin qaydasında olacağı demək deyil”.

Aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm