Mosul: neft tüstüsündə boğulan ömürlər - -FOTO
Bizi izləyin

Foto

Mosul: neft tüstüsündə boğulan ömürlər - -FOTO

Müharibəyə qədər burada 2 milyon insan yaşayırdı.

Mosul “İŞİD”-in işğalı altında olan İraq;n ən böyük şəhərlərindən biridir. Müharibəyə qədər burada 2 milyon insan yaşayırdı.

İŞİD terrorist qruplaşması tərəfindən 2014-cü ildə işğal olunmuş şəhərin azad edilmə əməliyyatları 17 oktyabrdandı davam edir. Bu vaxta qədər Mosulun çox hissəsi azad olunub. Lakin “qara dumanlar” Mosulun başından əksik olmur. Mosulun şəhərətrafı bölgələrindən geri çəkilməsinə baxmayaraq, İŞİD üzvləri oradakı neft yataqlarını yandırmaqda davam edirlər. Bunun nəticəsində göyün üzü qara tüstü bürüyür, nəfəs almaq çətinləşir, ev heyvanları isə həlak olur. Xüsusilə bu vəziyyət Mosulun Qəyyarah məhəlləsində özünü göstərir.

Səmada qalmış zəhərli neft buludları yerə, insanların və heyvanların üzərində yağlı neft damcıları çökdürür. İnsanların əlləri, üzləri hamısı qara rəngə boyanıb.

Zəhərli tüstü sağlamlığa da böyük ziyan vurur. Yanğınsöndürənlər baş vermiş yanğını söndürməyə çalışırlar. Ancaq bu cəhd uğursuzluqla nəticələnir.

İŞİD şəhərə girməmişdən öncə burada 54 neft quyusu hər gün 10 000 barel həcmdə yanacaq verirdi. Müharibə nəticəsində bölgəni 70 min insan tərk edib

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm