Dalğalar uşağın cəsədini sahilə çıxardı - SARSIDICI FOTOLAR
Bizi izləyin

Foto

Dalğalar uşağın cəsədini sahilə çıxardı - SARSIDICI FOTOLAR

Heç nədən asılı olamayaraq uşaq ölümünə bəraət qazandıracaq hal ola bilməz.

Münaqişələrin hər biri dəhşətlidir, lakin ən dəhşətlisi həmin münaqişələr zamanı uşaqların, körpələrin ölməsidir.

Hazırda gördüyünüz fotoda belə münaqişələrin qurbanlarından biri yer alıb. Cəmi 16 aylıq olan oğlanın cəsədini dalğalar sahilə gətirib. O, anası və qardaşı ilə birgə Myanmadan (keçmiş Birma) qaçmaq istəyərkən qayığın çayda batması nəticəsində ölüb.

Körpə üzü üstə palçığa batmış şəkildə tapılıb. O, Naf çayında boğulub. Atası övladının ölümünü ailəsi xilas olmaq naminə Suriyanı tərk edərkən Türkiyə sahillərində həlak olan Aylan Kürdi adlı uşağın ölümü ilə müqayisə edib: o zaman da oğlanın cəsədini dalğalar sahilə gətirmişdi...

Banqladeşə çataraq xilas olmağa müvəffəq olmuş Məhəmmədin atası dünya ictimaiyyətinin diqqətini Myanmada baş verənlərə yönəltməyə yalvarır: orada müsəlman rohinca xalqı sıxışdırılır.

Müsəlman rohincalar dünyada ən çox təqib edilən etnik qruplardan biridir. Ekspertlərin fikrincə, bu xalqa münasibətdə hökumət yalnız diskriminasiya siyasəti yürütmür, eyni zamanda tam aydın soyqırım siyasəti həyata keçirir: Myanmada rohincalar və buddistlər arasında gərginlik o həddədir ki, qan tökülməsi üçün istənilən bəhanə kifayətdir.

“Kəndimizə vertolyotlar, daha sonra əsgərlər hücum etdi. Onlar bizə atəş açdılar. Nənəm və babam çıxa bilmədikləri üçün orada qalıb yandılar. Kəndimiz tam yandırılıb, orada heç nə qalmayıb. Çay vasitəsilə Banqladeşə getmək istəyərkən kiçik Məhəmməd boğuldu...” - deyə uşağın atası söyləyir.

O, buddist əhalinin əksəriyyətinin müsəlmanları xoşlamadığını və onları yalnız rohinca olduqlarına görə öldürəcəklərini iddia edir. 10 minlərlə müsəlman xilas olmaq üçün qonşu ölkələrə qaçır: Onlar Myanmada hüquqa sahib deyillər, vətəndaşlıqdan məhrumdurlar, səhiyyə və təhsilə çıxışları yoxdur.

Myanma hökuməti bütün bunları inkar edərək ölkədə çoxlu sayda məscid olduğunu və onların heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiklərini bildirir. Lakin istənilən halda rohincalar Myanmanı tərk edirlər...

Heç nədən asılı olamayaraq uşaq ölümünə bəraət qazandıracaq hal ola bilməz. Heç kəs yaşadığı ölkəni və ya üzvü olduğu ailəni özü seçməyib. (interaz)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm