Ağlagəlməz ADƏT: minlərlə kişi və qadın soyunub suya girir sonra... - FOTOLAR
Bizi izləyin

Foto

Ağlagəlməz ADƏT: minlərlə kişi və qadın soyunub suya girir sonra... - FOTOLAR

Minlərlə kişi və qadınlar soyunub suya girir, donmamaq üçün...

Yaponiyada hər il “Naked man” (Çılpaq adam) festivalı bu il də rəngli görüntülərlə yadda qalıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 10 min kişi soyunaraq sadəcə sumo güləşçilərinin formasında pəncərədən atılan çubuxları yaxalamaq üçün mübarizə aparır. Bu inancın 500 illik bir tarixi var. Yaponların inanclarına görə, bu müqəddəs çubuxu ələ keçirən şəxslərin həyat üzünə güləcək.

Yaponların hər il keçirdikləri bir başqa - “Kanchu Misogi” festivalının iştirakçıları isə çılpaq şəkildə suya girirlər. Bu zaman onlar ruhun təmizləndiyinə inanırlar. Hər iki festival soyuq qış günlərində keçirilir və iştirakçılar eyni zamanda donmamaq üçün mübarizə aparırlar.

Adıçəkilən festivallarda qızlar və uşaqlar da iştirak edir. Kişilərdən fərqli olaraq qızlar çılpaq bədənlərini ağ parça ilə örtürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm