İnstaqramın ən çox bəyənilən FOTOLARI
Bizi izləyin

Foto

İnstaqramın ən çox bəyənilən FOTOLARI

Həvəskar və peşəkar fotoqrafların çəkdiyi müxtəlif məzmunlu parlaq rəngləri ilə diqqət çəkən şəkillər instaqram sosial şəbəkəsinin ümumi səhifəsində yerləşdirilib. Hər ay yenilənən səhifəni 218 milyon istifadəçi izləyir.

Publika.az "İnstaqram"ın mart ayında paylaşdığı həmin maraqlı fotoları təqdim edir:

1. Anna və Rodriqo Braziliyanın Parana çayı sahilində istirahət edərkən.

2. 36 yaşlı amerikalı yazıçı və animasiya üzrə mütəxəssis Şon Şarmats orijinal bir bənzətmə etməyə çalışıb. "Əgər siz şəkilə diqqətlə baxsanız mənim gördüyümü görəcəksiniz" başlığı ilə paylaşdığı fotosu İnstaqram tərəfindən seçilib.

3. Mariya Nial Kanadada iki dəniz pişiyinin maraqlı anlarını lentə alıb. Nort Vankuver şəhərində yaşayan Mariya yaşadığı yerin təbiətini əks etdirən fotoları çəkməyi çox sevir.

4. İspaniyalı Koral Мalfaz əmindir ki, dünyanın istənilən guşəsindən olan insanlar bir-birilərinə xoşbəxtlik bəxş etməyə qadirdir. O, bu məqsədlə öz rəssam, fotoqraf dostlarını Tenerife adasında toplayıb və o anı ölümsüzləşdirib.

5. 16 yaşlı Marko Lopes yaşadığı ölkəni dərindən tanımaq qərarına gəlir və İsveçrəyə səyahət təşkil edir. Fotoqraflığa iki il əvvəl başlayan Marko sadəcə xatirə üçün çəkdiyi şəkilləri sonradan peşəkar fotoqraf kimi öz səhifəsində paylaşıb.

6. Ural Federal Universitetinin tələbələri. Şəkil fotoqraf Aleksandr Akimenko tərəfindən çəkilib. Şəkilə diqqətlə baxsaz əllərinin içərisində bir cüt ayaq görəcəksiniz.

7. İnstagram qəhrəmanı Cənubi Karolinadan olan Lionel balaca dostu ilə vaxt keçirtməyi çox sevir. 118 mindən çox izləyicisi olan sosial hesabında daha maraqlı fotolar paylaşılıb.

8. Yaş - bu sadəcə rəqəmlərdir. İnsanın ruhu gənc qalmalıdır. Şəkil Tokio sakini Xalno Kudjiraokanın şəxsi hesabından seçilmişdir.

9. Yaponiyanın Hokkaydo adasında Maral sürüsü. Foto Xidetoşi Kikuçi tərəfindən lentə alınıb.

10. Ekstremal idman növləri üzrə 3 dəfə qızıl medal qazanan Cənubi Kaliforniyadan olan 24 yaşlı çempion Viki Qolden motosiklet yarışlarının kişi idmanı olduğunu qəbul etmir.

11. Şəkil Braziliyada fotoqraf Pepe Silva tərəfindən çəkilib.

12. Meksikada 1000-lərlə "İnstaqram" istifadəçisinin düzəltdiyi ürək.

13. Bərbərdən çıxmış Deyzi adlı pişiyin maraqlı fotosu 14 min izləyici tərəfindən bəyənilib.

14. Hindistan Holli festivalı. Fotoqraf Vinet Voxra.

15. Yaponiyalı fotoqraf öz əkiz qızlarının şəkillərini paylaşıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm