Foto
Bu məişət əşyaları üçün SİNOV GEDƏCƏKSİNİZ: funksiyaları sizi HEYRAN EDƏCƏK - FOTO
Gündəlik həyatımızı əhəmiyyətli dərəcədə asanlaşdıran çoxlu sayda əşyalar mövcuddur. Lakin hətta məişət kimi bayağı bir sahədə belə fantaziya və təkmilləşdirilmə üçün geniş imkanlar var.
Əminik ki, Publika.az-ın təqdim etdiyi bir sıra məişət əşyası sizə mütləq «Bu ki möhtəşəmdir!» kəlmələrini dedirdəcək.
1. Qızdırılan güzgü
Qızdırılma hesabına güzgünün bir hissəsi heç vaxt tərləmir.
2. İkibaşlı diş pastası
Dizayner Dominik Uilkoksun icad etdiyi ikiqapaqlı tübik (qablama) bitməkdə olan diş pastasının asanlıqla çıxarılmasına imkan verir.
3. Toqqasız kəmər
Bu kəmər qarına batmır və paltarın altından görünmür.
4. İkitərəfli lampa
Yataq otağınızda iki yataq varsa və onların birinin sahibi gec saatlara qədər mütaliə etməyi sevirsə, bu lampa probleminizin ideal həllidir.
5. Telefon üçün çoxfunksiyalı altlıq
«Keizus Quadopod» adlı telefon altlığı konstruksiyası hesabına istənilən ehtiyaclar üçün uyğunlaşdırıla bilər.
6. Elektron pul daxılı
Bu daxılın sahibi hər zaman arzuolunan alış-verişi edə bilib-bilməyəcəyinə dair məlumatlanmış olacaq.
7. Açılıb-qatlanan gün eynəyi
«Hilx Unflod» firmasının məhsulu olan gün eynəyi çantada çox yer tutmamaqla yanaşı, gözlük qabında daşınmasını da tələb etmir. Qatlanmış eynək bir-iki saniyə ərzində bəsit bir əl silkələnməsi ilə açılır.
8. Pərdə karnizi (pərvazı)
Pərdələrin bir-birinin üstünə çıxaraq bağlanması səbəbinə otağa günəş şüasının daxil olması imkansızdır.
9. Mini-ütü
Bu ütü səfərlər üçün idealdır. Kiçik ölçüləri hesabına hətta əl çantasına belə yerləşir.
10. Çıxarılıb-taxılan lampalı çıraq
«Boon» şirkətinin istehsalı olan çırağın lampalarından birini gecə saatlarında ayaqyoluna gedərkən, asanlıqla özünüzlə götürə bilərsiniz.
11. Birdəfəlik adapter
Diyazner Tsun Çisyanın kəşf etdiyi yığcam adapterin əsas üstünlüyü onun kiçik ölçüləridir. Bu cür ölçülərin hesabına həmin bu qurğu hətta ən balaca çantaya belə sığışar.
12. İşıqlı duş ucluğu
Xeyr, içıqlandırma heç də gözəllik üçün nəzərdə tutulmayıb. O, temperatur indikatoru rolunu oynayır. Bundan əlavə, heç bir enerji mənbəyi olmadan, sadəcə su təzyiqi ilə işləyir.
13. Ağıllı yataq
«Səni tanıyır. Səni hiss edir. Sənə uyğunlaşır». Bütün bunlar insan bədəninin temperaturuna reaksiya verib qızdırıcı funksinı işə salmaqla yanaşı, həm də zəngli saatla təchiz olunmuş Sleep Number yataqları haqdadır.
14. Kəpənək klaviaturası
«Keyboardio» vərdiş etdiyimiz klaviaturanın təkmilləşdirilmiş variantıdır. Düymələrinin qeyri-adi düzülüşü hesabına mətn yığımı zamanı əllərimizin rahat və təbii vəzyətdə olmasını təmin edir.
Zaur H.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular