Yeltsin, Brejnev, Qorbaçov, Fidel Kastro və Yuri Qaqarinin NADİR GÖRÜNTÜLƏRİ - FOTO
Bizi izləyin

Foto

Yeltsin, Brejnev, Qorbaçov, Fidel Kastro və Yuri Qaqarinin NADİR GÖRÜNTÜLƏRİ - FOTO

20-ci əsrin önəmli fotoqraflarından biri olan, çox sayda prestijli beynəlxalq mükafatlara layiq görülən rusiyalı fotoqraf Yuri Abramoçkin 82 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, fotoqraf müxtəlif zamanlarda Fidel Kastro, Mixail Qorbaçov, Yuri Qaqarin, Andrey Saxarov, Boris Yeltsin kimi dünyaca məşhur şəxslərin yaddaşlara qazınan fotolarını çəkib.

Lakin onun maraq dairəsi sadəcə məşhur şəxsiyyətlər olmayıb. Fotoqraf sadə insanları gündəlik həyat tərzində lentə almaqdan daha çox zövq aldığını bildirib.

O, peşəsindən danışarkən bu ifadələri işlədib:

“Fotoaparatı ilk dəfə gənclik illərimdə əlimə aldım və bir daha heç vaxt yerə qoymadım. Foto çəkməkdən başqa heç nə bilmirəm. Fotoqraflığın gerçək bir sənət olduğuna inanıram”.

Məşhur fotoqrafın çəkdiyi nadir fotolardan bəzilərini təqdim edirik:

Leonid Brejnev
1975 Nobel mükafatlı Andrey Saxarov
İlk kosmonavt Yuri Qaqarin və Yuri Abramoçkin
Mixail Qorbaçov
Fidel Kastro və Leonid Brejnev
Vladimir Putin və Yevgeni Primakov
Boris Yeltsin
Mixail Qorbaçov və Ronald Reyqan

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm