NASA "Tanrının əli"ni yayımladı - Qalaktikadan əsrarəngiz FOTOLAR
Bizi izləyin

Foto

NASA "Tanrının əli"ni yayımladı - Qalaktikadan əsrarəngiz FOTOLAR

Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 12 aprel Dünya Kosmos Günü münasibətilə qalaktikadan möhtəşəm fotolar yayımlayıb.

Publika.az xəbər verir ki, fotolar NASA-nın “Hubble” və “Spitzer” teleskopları vasitəsilə çəkilib.

Yer kürəsindən 23 milyon işıq ili uzaqlıqda olan və dəyərli bir yumurtasını qorumağa çalışan pinqvinə bənzəyən qalaktikanın görüntüsü.

Günəşdən 100 milyon dəfə böyük qara dəlik və onun içində göz bəbəyinə bənzəyən “makyajlı” qalaktika

Göy üzündə qum saatına bənzəyən “Kəpənək” və ya “Böcək” buludu. Kosmosun ən mürəkkəb və qarışıq qalaktikası olaraq tanınır. Bu qalaktika Əqrəb bürcünün ulduzları içində yer alır və Yer kürəsindən, təxminən, 3.400 işıq ili uzaqda yerləşir.

“Ruh buludu”. Kraliça ulduz qrupları istiqamətində 7,500 işıq ili uzaqlıqda olan bir buluddur. Bu kompleks şərqindəki Qəlb buludu ilə birlikdə “Ruh və Qəlb” kimi tanınır.

NASA-nın ölü ulduzlar və qara dəliklər tapmaq üçün istehsal etdiyi Nüvə Spektroskopik Teleskop Kompleksinin kəşf etdiyi “Tanrının əli” adlı görüntüsü. Əslində bir ulduzun partlamasından sonra bu görüntü əmələ gəlib və qaz, toz buludundan ibarətdir. Saniyədə 7 dəfə öz oxu ətrafında fırlanır.

“Böyük it” ulduz kompleksində yerləşən və Dünyadann 145 milyon işıq ili uzaqlıqda olan böyük maskayabənzər qalaktika cütü

2010-cu ildə “Hubble” teleskopunun çəkdiyi, təxminən, 300 milyon işıq ili uzaqlıqda olan “Kainatın gülü”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm