Çimərliyin ən gözəl qızı siz olun - FOTOLAR
Bizi izləyin

Gözəllik

Çimərliyin ən gözəl qızı siz olun - FOTOLAR

Çimərliyin də özünün müəyyən dəb qaydaları var. Məsələn, saç düzümünün əlverişli və gözəl olması həmişə xüsusi əhəmiyyət kəsb edir. Çünki qızlar hətta suya girəndə və ya gün vannası qəbul edəndə də xarici görkəmindən narahat olurlar, saçlarının səliqəli görünməsi üçün çalışırlar. Publika.az-ın gözəllik bölməsi bu yazıda çimərlik üçün istənilən uzunluqda saçların toplanmasına aid nümunələr təqdim edir:

Uzun saçlar

Sahildə uzananda da, dənizə girəndə də uzun saçları qorumağın ən yaxşı üsulu at quyruğu və ya toppuz yığmaqdır. Külək itaətsiz saçları dağıtmasın deyə, azca saç lakı və gel çəkin. Günəşin altında uzananda isə saç qoruyucu krem çəkməyi unutmayın.

Orta uzunluqda saçlar

Saçınız karedirsə, məzuniyyətə yollananda özünüzlə birlikdə fen və günəş şüalarının təsirindən qoruyan spreylər götürün. Sprey saçlara sərtlik verir və onları daha həcmli edir. Bundan sonra güclü külək saçlarınızı səliqəsiz göstərə bilməyəcək. Qoruyucu serumlar isə saçlara xüsusi parıltı verəcək.

Qısa saç düzümü

Dəniz sahilində küləyin dağıtdığı qısa saç düzümündən gözəl heç nə yoxdur. Əgər saçlarınız kifayət qədər həcmli deyilsə, saçnəmləndirici sprey və şampunlar köməyinizə çata bilər.

Hörüklü saçlar

Çimərlikdə saçları hörməkdən daha gözəl nə ola bilər ki? Hörüklər uzun məsafəyə yürüşlərdə, istirahətdə tərləməyə imkan vermir. Üstəlik, o saçları gündən qoruyur, çiyinlərin və boynun yaxşı qaralmasını təmin edir. Lakin hörüyün çimərlik paltarı ilə tam uyğun olması çox vacibdir.

Fransız hörükləri

Fransız hörükləri çoxdan klassikaya çevrilib. Buna baxmayaraq, öz cazibədarlığını hələ də itirməyib. Uzun və qalın saçları xilas etmək üçün fransız və ya irihəcmli hörüklər hörə bilərsiniz. Bu saç düzümü idman üslubunda kupalnik ilə ideal şəkildə uyğun gəlir.

Holland hörükləri

Holland hörükləri çiçək və müxtəlif ornamentlərlə bəzədilmiş çimərlik geyimləri ilə yaxşı görünür.

Ürək formasında hörüklər

Ürək formasında hörüklər bu yayın əsl hitidir. Üstəlik, tellərdə canlı aksessuar və ya orijinal ornament kimi görünürlər.

Hippi tərzi

Bu üslubda saç düzümü çimərlikdə istirahət üçün əsl tapıntıdır. Dağınıq və saçların arasında hörülmüş nazik hörüklər hippi saç stilinin əsas dəyişməz atributudur. Əlbəttə ki, nazik lent və sarğıları unutmaq olmaz. Belə aksessuarları istədiyiniz cür taxa bilərsiniz. Bu da sizin fantaziyanızdan asılıdır.

Dəniz dalğası

Dəniz kənarında küləyin dalğalandırdığı ucları bir qədər burulmuş saçlar çox romantik və çox cazibədar görünür. Bunun üçün nəm saçların uclarına bir qədər krem çəkin. Küləkdə təbii şəkildə quruyan saçlara bir qədər saç lakı da sıxın. Yalnız bir şeyi unutmayın: saçların yanmaması üçün gün altında çox dayanmaq məsləhət deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm