• USD 1,7008 0,00% EUR 2,0296 -0,23%
    • GBP 2,3031 -0,29% RUB 0,0295 +0,34%

Sibel Candan inanılmaz gözəllik reseptləri – FOTOLAR

Sibel Candan inanılmaz gözəllik reseptləri – FOTOLAR

Sibel Can Türkiyənin ən bəyənilən müğənnilərindən biridir. Onun mahnıları qədər şəxsi həyatı, evliliyi, uşaqları, gözəllik sirri də hər zaman böyük maraq doğurub. Bəs özünəməxsus makiyaj və geyim tərziylə böyük pərəstişkar kütləsi toplayan 45 yaşlı Sibel Canın gözəllik sirri nədən ibarətdir?

Publika.az 45 yaşlı müğənninin dərisinin təravətli qalmasının, saçlarının isə hər zaman parıltılı olmasının sirrini təqdim edir.

Sibel Canın par-par parlayan saçlarının sirri

Müğənninin ən çox diqqət çəkən və bəyənilən xüsusiyyətlərindən biri də baxımlı telləridir. Sibel Can saçına xüsusi diqqət ayırır, onların ipək kimi yumşaq və parlaq olmasına çox əhəmiyyət verir. Müğənni gur və parlaq tellərinin ona anasından miras qaldığını deyir. Lakin saçının gözəlliyini qorumaq üçün illərdir ki, xüsusi maskadan istifadə edir.

Həftədə 1 dəfə duşdan sonra nanə və yaşıl çay yarpaqlarından hazırlanan kremi saçına çəkir. Bir müddət gözləyib, hind qozu yağı da çəkir. Daha sonra ilıq su ilə yaxalayır. Bundan başqa, saçına ayda bir dəfə balıq kürüsü çəkir. Sibel Canın sözlərinə görə, kürü saça parıltı verir, saç dibini nəmləndirir. Kürüdəki Omega-3 quru və zədələnmiş saçları bərpa edir. Kürü saçlara sürtülməzdən əvvəl xüsusi emaldan keçirilərək maye halına gətirildiyi üçün qoxusu qalmır.

Sibel Can bildirir ki, məşhurlar daim göz önündə olduğu üçün hər zaman baxımlı olmaq məcburiyyətindədirlər. Lakin özünəqulluğu məcburiyyət kimi qəbul etməyən müğənni gözəl görünməkdən inanılmaz zövq alır. Səhnədə səsi və ifası qədər görünüşü ilə də diqqət çəkdiyini deyən ifaçı əl və ayaqlarına da xüsusi qayğı ilə yanaşır. Belə ki, onun manikür-pedikürü heç vaxt əskik olmur.

Yüksək təzyiq problemi olduğu üçün əvvəlki illərlə müqayisədə iddialı və ağır pəhrizlər saxlaya bilməsə də, formasını qorumaq üçün yediklərinə və içdiklərinə diqqət edir.

Sibel Canın makiyajı

Sibel Can iri və mavi gözlərini vurğulamaq üçün, adətən, dumanlı göz makiyajına üstünlük verir. Dodaq quruluşu incə olduğu üçün Sibel Can gözəlliyini daha çox göz makiyajı ilə önə çıxarır. Dumanlı göz makiyajından başqa, Sibel Can parıltılı, zərli göz makiyajı da edir. Gözlərə zərli göz kölgələri çəkmək hər qadına yaraşmır. Sibel Can isə bu cür makiyajda bütün baxışları üzərinə çəkəcək qədər çox iddialı görünür. Gözlərdə belə makiyajın qalıcı olması üçün əvvəlcə dəriyə mütləq nəmləndirici tətbiq etmək lazımdır.

Parıltı dəri

Sibel Canın təravətli dərisinin sirri isə bal və süd vannasındadır. Tərkibindəki bir çox vitamin, mineral, antioksidantlar, turşular və bir çox qiymətli maddələr olan süd və bal vannasının təbii müalicə edici xüsusiyyəti çoxdan sübut olunub. Ekspertlərə görə, bal və süd vannasını həftədə ən az iki dəfə etmək lazımdır. Bu, xüsusilə quru dərilərin təravətli olmasına kömək edir.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>