Günəşdə qaralmağın və uzun müddət qarabuğdayı qalmağın yolları
Bizi izləyin

Gözəllik

Günəşdə qaralmağın və uzun müddət qarabuğdayı qalmağın yolları

Qarşıda sizi məzuniyyət günləri gözləyir və siz həm gözəl, həm də qalıcı qaralmağın yollarını axtarırsınız? Bizim məsləhətlər sizə tez, gözəl və qalıcı qaralmağa kömək edəcək!

Publika.az-ın gözəllik bölməsi dəriyə zərər vermədən qaralmağın yollarını təqdim edir:

Məzuniyyətə yollanmazdan 1 və ya 2 həftə əvvəl dərini skrabla təmizləyin. Lakin dərinin zərər görməməsi üçün bir qədər ehtiyatlı olun. Skrab dərinin səthində olan ölü hüceyrələri təmizləyir. Ölü hüceyrələr dəridə qaldıqda Günəş şüaları qeyri-bərabər düşür.

A və E vitaminlərini kompleks şəkildə və ya ayrı-ayrılıqda qəbul etməyə başlayın. Vitamin melanin istehsalını stimullaşdırır. Bu isə dərinin qaralma prosesini sürətləndirir. E vitamini isə dərini yumşaldır və nəmləndirir.

Kök şirəsi için. Kök beta-karotinlə zəngin olduğu üçün melanin istehsalı üçün faydalıdır. Unutmayın ki, beta-karotinin həll olunması üçün yağlar lazımdır. Ona görə də kök şirəsinə qaymaq və ya bitki yağı əlavə edin.

Tez və bərabər səviyyədə qaralmaq üçün eyni mövqedə uzanmaq lazım deyil. Siz hərəkətdə olanda günəş şüaları dərini daha tez və bərabər səviyyədə qaraldır. Sahildə doyunca oynayın, deyin, gülün... Günəş isə öz işini görəcəkdir.

Əgər həm sürətli, həm də sağlam qaralmaq istəyirsinizsə, saat 11-dən 12-dək və ya 16-dan sonra gün vannası qəbul edin. Və mütləq SPF tərkibli gündən qoruyucu krem istifadə edin!

Yaxşı qaralmağın digər bir şərti də çoxlu su qəbul etməkdir. Su içdikdə bütün günü Günəşin altında dayansanız da, dəriniz parıltılı və hamar olacaq. Buna görə, o sizə “çox sağ ol" deyəcək.

Yatmazdan əvvəl dərini mütləq yüngülləşdirən və rahatlaşdıran istənilən qidalandırıcı krem çəkin. Bu, dərinin özünü bərpa etməsinə və növbəti günə hazırlaması üçün labüddür.

Dənizdən qayıdanda dərini qəhvə telvesi ilə yuyun. Lakin sərt yumayın, sadəcə, yüngül hərəkətlərlə dəriyə çəkin. Ümumiyyətlə, qəhvədən tez-tez skrab kimi istifadə etmək tövsiyə olunur. Əgər dərinin rənginin tündlüyünü saxlamaq istəyirsinzisə, bu, çox gözəl ideyadır.

Çayla yuyunun. Çay əla antiseptikdir, sızanaq və iltihabın qarşısını alır, çay ekstraktı dərini təravətləndirir və onun qarabuğdayı çalarını saxlamağa kömək edir.

Həftədə bir dəfə yüngül avtozaqar istifadə edin. Bu vasitə dərini yaxşı qaraldır. Avtozaqarın köməyi ilə onun effektindən aylarla zövq alacaqsınız.

Sauna və türk hamamına getməyin, dərini dəsmalla sərt silməyin. Günəşdə qaralan dəri çox həssas olduğu üçün onunla ehtiyatlı davranmalısnız.

Balıq yeyin! Yağlı balıq sortları dəridə tünd piqmentləri saxlamağa çox kömək edir.

Sərin duş qəbul edin! Sərin duş damarları və dərini canlandıraraq, dərinin tonusunu artıracaq. Beləcə, dərinin qabıq vermə prosesi yavaşlayır.

Əgər hava şəraiti imkan verirsə, boş vaxtlarınızda və ya istirahət günlərində təbiət qoynunda gəzməyə gedin. Gündən qaralmış dəri günəş şüalarını daha yaxşı qəbul edir. Bu da dərinin uzun müddətli qara qalmasını təmin edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm