• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Buxağı aradan qaldıran ən sadə məşq

Buxağı aradan qaldıran ən sadə məşq

Buxaq insanın çənəsi ilə boğazı arasındakı hissəyə deyilir. O, adətən, kök insanlarda yaranır. Onları aradan qaldırmaq ilk baxışda çətin görünsə də, belə deyil.

Buxağı xüsusi gimnastika və arıqlamaqla əritmək olar. Boş vaxtlarınızda və təbii ki, sizi heç kim görməyəndə ağzınızın qıraqlarını bacardığınız qədər aşağı istiqamətdə gərginləşdirməyə çalışın.

Yanınıza birində isti, digərində soyuq su olan iki qab qoyun. Bərk parçanı suya salıb sıxın və iki ucundan da tutaraq çənənizin altında qəfil dartın. Bu halda parça zərblə çənənizin altına dəyməlidir. Prosesi isti-soyuq su növbəsi ilə bir neçə dəfə təkrarlayın.

Bundan başqa, hər gün mütəmadi olaraq saqqız çeynəyin. Saqqız çeynəmək də buxağı yox etməkdə olduqca effektlidir. Amma saqqız şəkərsiz olmalıdır.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR