Yaşlılıq əlamətlərini azaldan ən sadə üsul
Bizi izləyin

Gözəllik

Yaşlılıq əlamətlərini azaldan ən sadə üsul

Yaşlanma əlamətlərini – dərinin sallanması və qırışları aradan qaldırmaqda papaya bitkisi olduqca effektlidir.

Papayanı yedikdən sonra qabığı ilə üzü ovun. 5 dəqiqə sonra isə soyuq su ilə yuyun. Quruluğa səbəb ola bildiyi üçün 5 dəqiqədən artıq saxlamaq olmaz. Daha sonra nəmləndirici sürtün. Papaya qabıqları dəri ləkələrini təmizləyir, dərini gözəlləşdirərək parlaq olmasını təmin edir.

Papayanın şirəsi də dərinin yenilənməsinə kömək edir, ölü hüceyrələri təmizləyir, iltihabı aradan qaldırır və dərini sakitləşdirir.

Əgər dərinizdə iltihab, qıcıqlanma, şiş varsa, papayadan hazırlanan maska ilə bu problemləri aradan qaldıra bilərsiniz. Lakin papayanın şirəsini və lətini saçlarınızdan uzaq tutmaq lazımdır. Çünki papayanın tərkibindəki bəzi maddələr saçları zəiflədərək onların inkişafına mane olur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm