İbrahim Saraçoğludan saç uzadan maska
Bizi izləyin

Gözəllik

İbrahim Saraçoğludan saç uzadan maska

Saçınızın sürətlə uzanması üçün nələr etməlisiniz?

Saç uzatmaq qadınları hər zaman maraqlandıran önəmli məsələlərdən biridir. Yəqin ki, ətrafınız saçının sürətlə uzanmasını istəyən xanımlarla doludur. Onlar bunun üçün krem, maska, şampunlara ətək-ətək pul xərcləyirlər. Saçların daha sürətli uzanmasını təmin etmək üçün müxtəlif üsullar mövcuddur. Əslində isə, bahalı kremlərə çoxlu pul xərcləmədən, təbii bitkilərdən maska hazırlayaraq saçları uzatmaq mümkündür. Publika.az-ın gözəllik bölməsi İbrahim Saraçoğludan saç uzadan reseptini təqdim edir:

Saç necə uzanır?

Saçın uzanma sürəti bir çox amillə bağlıdır. Qidalanma, sağlamlıq vəziyyəti və yaş saçın uzanmasına təsir edən amillər arasında ilk sıralarda yer alır. Sağlam saç ayda 2.5 sm uzanır. Lakin uşaqların saçı daha tez uzanır. Aparılan araşdırmalara görə, yay mövsümündə saçların daha tez uzandığı sübut olunub. Bəs, saçları sürətli uzatmaq olarmı? Saçların ən qısa vaxtda uzanması üçün nələr etmək lazımdır? İbrahim Saraçoğlunun saç uzatma maskası bu mənada xanımların arzusunu reallaşdıra bilər. İbrahim Saraçoğlu saçları uzatmaq üçün müxtəlif reseptlər təklif edir. Gəlin birlikdə bu maskanın necə hazırlandığına nəzər salaq.

Lavanda maskası

Ərzaqlar:

Bir ovuc lavanda

3 stəkan su

Hazırlanması:

3 stəkan suyu qaynadın. Qaynadıqdan sonra bir kənara qoyub içinə lavanda tökün. 15 dəqiqə dəmə qoyun və su ilıqlananda saçların diblərindən uclarına qədər çəkin. Lavanda suyunu təxminən 30-40 dəqiqə saçda saxlayın və ilıq su ilə yuyun. Bu maskanı bir neçə dəfə sınadıqdan sonra saçlarınızın sürətlə uzandığını hiss edəcəksiniz. Siz də uzun saçlara sahib olmaq istəyirsinizsə, həftədə bir dəfə bu maskanı edin.

Keçibuynuzu da saçları uzadır

İbrahim Saraçoğlunun sözlərinə görə, saçların sürətli uzanması üçün keçibuynuzu mürəbbəsi də olduqca təsirlidir. Bunun üçün hər gün səhər və günorta bir çay qaşığı keçibuynuzu mürəbbəsi yemək kifayətdir. Keçibuynuzu yemək saçı uzatmaqdan əlavə, sağlamlıq üçün də faydalıdır. Yəni, bir güllə ilə iki quş vurmuş olarsınız. Ümid edirik ki, bu məsləhətlər sizin üçün olduqca faydalı olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm