Sızanaq və qara nöqtələr üçün ərik maskası
Bizi izləyin

Gözəllik

Sızanaq və qara nöqtələr üçün ərik maskası

Yay aylarında üzdə sızanaq və qara nöqtələrin sayı arta bilər. Bu halın qarşısını almaq üçün Publika.az-ın təqdim etdiyi ərik maskasını sınaqdan çıxarın.

Tərkibi:

1 ədəd qırmızı alma

4 ədəd kal ərik

Yarım stəkan su

Hazırlanması:

Almanın və əriyin qabıqlarını soyun. Hər ikisini kiçik bir qazana qoyub üzərinə suyu əlavə edin. Alma ilə ərik bişib püre halına gələnə kimi gözləyin. Daha sonra çəngəllə əzin. Maska soyuduqdan sonra təmiz dəriyə çəkib 20-30 dəqiqə saxlayın. İlıq su ilə təmizləyin. Krem çəkməyinizə ehtiyac yoxdur.

Bu maska sızanaq və qara nöqtələrin qarşısını almaqla yanaşı, dərini hamarlaşdırıb daha cavan görünməyi təmin edir.

Maskanı ayda 1 dəfə çəkmək kifayətdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm