Quş peyini dərini təmizləyir! – FOTOLAR
Bizi izləyin

Gözəllik

Quş peyini dərini təmizləyir! – FOTOLAR

Tarix boyu qadınların gözəlləşmək üçün əl atmadığı üsul qalmayıb. Publika.az-ın gözəllik bölməsi bu sahədə istifadə edilən ən qeyri-adi üsulları toplayıb.

İribuynuzlu heyvan plasentası

Yaşlanmanın qarşısını almaq üçün dəriyə nəm verən inək plasentası krem olaraq 1940-cı illərdən bəri istifadə edilir.

Botoks

Qırışları azaltmaq üçün dəri altına yeridilən “Botulinum toxin” (bo + tox) adlı maddə əslində dünyanın ən zəhərli maddələrindən biridir. Dəri altında çox az miqdarda istifadə edilir.

İlan zəhəri

Qırışlar üzərində botoks təsirinə malik ilan zəhərindən krem kimi istifadə edilir.

Qoç sperması

Qoç sperması xüsusilə İngiltərədə məşhurdur. Bu maddə saçları daha parlaq və yumşaq edir. Odur ki, qoç spermasından saç maskası hazırlanır. Maskanı saçda təxminən yarım saat saxlayıb sonra yuyurlar. Bu yolla saçların sağlamlığını qoruyurlar.

Quş peyini

Quş nəcisində olan “quanine” adlı ferment dərini dərindən təmizləyir, daha da yumşaldır. Yaponiyada tez-tez istifadə edilən bu məhsul losyon kimi istifadə olunur.

Zəli

Bədənə yapışdırılan zəlilər detoks təsiri göstərərək dərinin görünüşünü korlayan toksinləri məhv edirlər.

İlbiz

Sızanaq və yara izlərini yox etmək üçün əsas hissəsi ilbizdən ibarət olan krem hazırlanır. Bundan başqa, ilbizlərin antibakterial xüsusiyyətlərindən də istifadə olunur.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm