Müsəlmansayağı gözəllik - FOTOLAR
Bizi izləyin

Gözəllik

Müsəlmansayağı gözəllik - FOTOLAR

“Təmiz, dürüst, eyibsiz və gülərüz hicablı qızlar”. Bu sözləri İndoneziyada müsəlman qadınları üçün keçirilən gözəllik yarışının iştirakçıları haqda demək olar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, burada bikini və ya açıq-saçıq geyim əvəzinə milli geyim və hicab önəmli yer tutur. Podiumda rəqs nümayişi göstərmək əvəzinə isə qızlar dini ayinləri yerinə yetirir.

Gözəllik yarışında iştirak edəcək müsəlman qadınları Quranı oxumalı, müqəddəs kitabı və həyatın dərinliklərini dərk etməli, İslam inancında göstərilmiş mənfi və müsbət tərəfləri, nələrin mümkün, nələrin isə qadağan olunduğunu göstərməlidir. Müsabiqənin çətinliklərinə baxmayaraq, qızlar xoşbəxt görünür. Çünki bu müsabiqədə nəinki gözəllik, hətta mənəvi daxili aləm və ağıl da yoxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm