Sızanaqlı dəri üçün əsl möcüzə
Bizi izləyin

Gözəllik

Sızanaqlı dəri üçün əsl möcüzə

Sızanaqlar gözəlliyə kölgə salan səbəblərdən biridir. Nə qədər dəbli geyinib, gözəl makiyaj etməyinizdən asılı olmayaraq, üzünüzdəki sızanaqlar mütləq diqqət çəkəcək.

Sızanaqlardan xilas olmaq üçün göstərdiyiniz cəhdlərə baxmayaraq, problemdən hələ də xilas ola bilməmisinizsə, Publika.az-ın təqdim etdiyi darçın maskasına müraciət edin.

Bu maska dərini hamar və qüsursuz edir.

Bir çay qaşığı bala bir az toz darçın töküb qarışdırın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözləyin. Üzünüzü ilıq su ilə yuyun. Bu maskanı hər gecə çəkə bilərsiniz.

Üzünüzdə kosmetik vasitələr olmadığından dəri özünü gecə bərpa edir. Odur ki, dərinin bərpa prosesində göstərdiyimiz maskanın təsiri daha tez nəzərə çarpır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm