Aspirinlə saçlara qulluq
Bizi izləyin

Gözəllik

Aspirinlə saçlara qulluq

Saçlara heç olmasa ayda bir dəfə xüsusi qulluq etmək lazımdır. Ancaq bunun üçün gözəllik salonlarına getməyə ehtiyac yoxdur. Hamının evində tapılan, bir çox dərdin çarəsi olan aspirinlə saçlarınıza ev şəraitində qulluq edə bilərsiniz.

Aspirin saç dərisini nəmləndirir, dərinin oksigenlə təmin olunmasına kömək edir.

Aspirin maskasını hazırlamaq çox asandır. Sadəcə, aşağıdakı resepti tətbiq edin.

30 ədəd aspirini bir stəkan isti suda əridib üzərinə 1 xörək qaşığı soda əlavə edin. Maska bir az soyuyandan sonra təmiz və isladılmış saç diblərinə çəkin. 5 dəqiqə masaj edin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə saçlarınızı durulayın.

Bu maskanı 2 həftədən bir çəkə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm