Qaşları qalınlaşdıran maska
Bizi izləyin

Gözəllik

Qaşları qalınlaşdıran maska

Çox vaxt qaşlara qulluq etməyi unuduruq. Halbuki, saçlar kimi, qaşlarımızın da qulluğa ehtiyacı var. Çünki üzümüzə çəkdiyimiz kremlər, müxtəlif korrektorlar, pudra və s. kimi kosmetik məhsulların hamısı qaşdakı tüklərin dibində toplanır və bir müddət sonra qaşda tökülmə, tüklərin nazikləşməsi müşahidə edilir. Qaşa qələm çəkdikdə bu proses daha da sürətlənir. Qaş tökülməsinin qarşısını almaq üçün qaşları makiyajdan təmizləmək mütləqdir. Təbii ki, xüsusi qulluq vasitələrindən istifadə problemin aradan qalxmasına daha yaxşı təsir edə bilər.

Əgər sizin də qaşınız tökülürsə, Publika.az-ın təqdim etdiyi qaş maskasını sınaqdan çıxarın.

Tərkibi:

1 çay qaşığı badam yağı

1 çay qaşığı gənəgərçək yağı

1 diş sarımsaq

Hazırlanması:

Sarımsağı rəndədən keçirin, üzərinə badam və gənəgərçək yağı əlavə edib qarışdırın. Maskanı qaranlıq yerdə saxlayın. Hər gecə maskanı qaşlarınıza çəkin. Səhər oyananda isə qaşınızı əvvəlcə südlə silin ki, sarımsağın qoxusunu aradan qaldırasınız. Daha sonra isə ilıq su ilə yuyun.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm