Saç detoksu ilə daha gənc və gözəl görünün!
Bizi izləyin

Gözəllik

Saç detoksu ilə daha gənc və gözəl görünün!

Sağlam saçlar hər bir qadının arzusudur. Qadının gözəlliyini 10 qat artıran baxımlı saçlara qovuşmaq elə də çətin deyil. Sadəcə, saç detoksu edərək daha sağlam və parlaq saçlara sahib ola bilərsiniz.

Publika.az saç detoksunun sirrini araşdırıb:

Saç dərisini təmiz saxla

Normal saç dərisinə sahib olanlar saçlaırnı həftədə 2 dəfə, yağlı saç tipinə sahib olanalr isə hər gün yuya bilərlər. Düzdür bəzi mütəxəssislər saçları tez-tez və şampunla yumağın onları korladığını bildirirlər. Ancaq unutmayın ki, eynilə üz dərisi kimi saç dərisi də bir müddət sonra yağ, çirk və müxtəlif kimyəvi maddələri toplayır. Bu çirk təbəqəsi saçların tökülməsinə səbəb olur.

Ona görə də, tərkibində “selenyum sulfat” və ya “salisilik” olan şampunlardan istifadə edin.

Saçlarını qurutma

Saçları saç feni ilə qurutmaq ən böyük yanlışdır. Əgər sağlam saç arzulayırsınızsa, saç fenindən istifadə etməyin

Həftədə bir dəfə xüsusi baxım

Həftəsonları özümüzə daha çox vaxt ayıra bilirik. Deməli, həftədə bir dəfə saçlara xüsusi qulluq edə bilərik. Bunun üçün saç tipinizə uyğun saç maskalaırndan və yağlardan sitifadə edə bilərsiniz.

Saçlarını boyatma

Saçları tez-tez boyatmaq oların sağlam görünməsinə mane olur. Rənglənmiş saçlar daha solğun görünür. Bunun qarşısını almaq üçün bir müddət saçlaırnı boyatmaqdan vaz keç. Saçlarının sağlamlığını daim qorumaq istəyirsənsə, onları boyadarkən təbii rəng tonuna yaxın çalarlar seç. Beləliklə, saçların daha az zədələnəcək.

Təbii vasitələrdən istifadə et:

1.Soda

Soda saçları şampun, maska və digər məhsulların tərkiblərində olan kimyəvi maddələrdən təmizləyir. Bunun üçün 1 xörək qaşığı sodanı şampunla qarışdırıb təmiz saça çək. Saç diblərini masaj et. Daha sonra ilıq su ilə yu.

2.Zeytun yağı

Zeytun yağı saçı günəşin və saç feninin mənfi təsirindən qoruyur. 1 xörək qaşığı yağı bir az qızdır. Sonra barmaqlarınla saçın zədələnmiş, quru hissələrinə çək. 20 dəqiqə gözləyib ilıq su ilə saçlarını yu. Saçlarını təmizləyərkən şampundan istifadə edə bilərsən.

3.Yumurta

Yumurta saçları gücləndirir və həcm verir. Saçların yumşalmasını təmin edir.

Bir ədəd yumurtanı bir az şampunla qarışdırıb saçlarına çək. 5 dəqiqə gözlədikdən sonra saçlarını durula.

4.Alma sirkəsi

Alma sirkəsi saçları parıldadır. 2 xörək qaşığı sirkəni bir stəkan su ilə qarışdır. Saçlaırnı şampunla yuduqdan sonra sirkəli su ilə masaj et. 1 dəqiqə gözləyib durula.

5.Çay ağacı yağı

Çay ağacı yağı saç dibində meydana gələ biləcək bakteriyaları məhv edir və kəpəyin qarşısını alır. Daim istifadə etdiyin şampunun içərisinə 4-5 damcı çay ağacı yağı tök. Bu qarışığı saç dərisinə çəkib masaj et. 5­6 dəqiqə saxlayıb yu.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm