Gözəllik
Yağlı dəri üçün möhtəşəm maskalar
Araşdırmalar göstərir ki, yağlı dəri tipinə sahib olanlar şanslıdırlar. Çünki yağlı dəri quru və normal dəri ilə müqayisədə daha gec qırışır. Ancaq yağlı dərinin əsl problemi parıltı, sızanaq və qara nöqtələrdir. Ona görə də, dəri tipinə uyğun maskalardan istifadə etmək vacibdir.
Publika.az yağlı dəri üçün ən təsirli və asan maska reseptlərini təqdim edir:
Əvvlcədən qeyd edək ki, yağlı dəri tipinə sahib olanlar üzlərinə maska çəkmədən öncə dərini çobanyastığı çayı ilə silməlidirlər.
Alma maskası : Almanın yarısını rəndələyin. İki ədəd yumurtanın ağını çırparaq almanın üzərinə tökün. Əldə etdiyiniz qarışığı üz və boyun dərisinə çəkib 20 dəqiqə gözləyin. Üzünüzü ilıq su ilə yuyun.
Bal maskası : Üç qaşıq bal, iki qaşık qatıq və 1 qaşıq yulaf ununu qarışdırın. Bu qarışığı çəkib 1 dəqiqə masaj etdikdən sonra üzünüzü yuyun. Bu qarışıq pilinq effekti də verir. Dərini qara nöqtələrdən təmizləyir.
Pomidor maskası: pomidoru püre halına salıb üzünüzə çəkin. 15-20 dəqiqə sonra ilıq su ilə təmizləyin.
Ləman Sultan
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO