Baldırları düzləşdirib sellüliti yox edən 5 məşq - FOTOLAR
Bizi izləyin

Gözəllik

Baldırları düzləşdirib sellüliti yox edən 5 məşq - FOTOLAR

Baldırların böyüklüyündən, eyni zamanda sellülitdən şikayətçisiniz? Aşağıda göstərilən 5 hərəkət həm baldırlarda toplanmış yağları əridir, həm sellüliti aradan qaldırır.

Publika.az-ın sağlamlıq bölməsi bu iki problemi həll edən üsulları təqdim edir.

Baldır əritmə hərəkətlərində qanteldən çox istifadə olunur. Ümumiyyətlə, gözəl bədənə sahib olmaq istəyirsinizsə, bu idman alətindən evə almağı tövsiyə edirik. Evdə çox az yer tutduğu üçün sizə narahatçılıq yaratmayacaq. Ancaq qanteliniz yoxdursa, su şüşəsini doldurub qantel kimi istifadə edə bilərsiniz. Şəkildə göstərilən hər hərəkəti10 dəfə təkrar etməlisiniz.

Bu hərəkat göbək yağlarını, bel ətrafı yağları yandırır.

basen-eritme-hareketleri (1)

Yerə uzanıb qanteli əlinizə alın. Daha sonra qolları geri – başınızın üstünə, sonra yuxarı, havaya qaldırın. Bu hərəkəti 10 dəfə təkrar edin. Əzələləri gücləndirdikcə sayını artırın.

basen-eritme-hareketleri (2)

Bu, baldırları formalaşdırmaq üçün ən yaxşı hərəkətlərdən biridir. Üzü üstə uzanıb başınızı və ayaqlarınızı yuxarı qaldırın. Digərləri ilə müqayisədə çətin hərəkət olduğu üçün başlanğıcda dəfə təkrarlamaq kifayətdir. Bədəniniz öyrəşdikcə sayı artırın.

basen-eritme-hareketleri (3)

Qanteldən istifadə edərək çömbəlmə hərəkətləri selülliti yox edən ən yaxşı məşqdir. Üstəlik, qol və döş əzələlərini də işlədərək orada toplanmış artıq yağları yandırmağa kömək edir.

basen-eritme-hareketleri (4)

Bu hərəkəti etmək çox asan və olduqca faydalıdır. Belə ki, həmin məşq zamanı ayaqlarla birlikdə qol və qarın bölgəsinin də işləməsi yağların əriməsinə səbəb olur.

basen-eritme-hareketleri (5)

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm