Gözəllik
Dəbli xanımlar bu dırnaq formalarını seçir - FOTOLAR
Dırnaqları uzatmaq qədim zamanlardan bəri qadınların xüsusi maraq dairəsində olub. Odur ki, bir-birindən fərqli onlarla dırnaq formaları meydana gəlib. Həmin formalardan bəziləri rahat olduğu, bəziləri də ilin trendləri ilə uyğunlaşdığı üçün seçilib.
Publika.az ən çox istifadə edilən dırnaq formalarını və dünya ulduzlarının seçimlərini araşdırıb.
Uzun dırnaqları xoşlayırsınızsa, bu yazıya mütləq diqqət yetirin!
Ən trend dırnaq formaları
Yumru
Ən klassik dırnaq tiplərindən biridir. Doktorlar da sağlamlıq baxımından bu dırnaq formasının uyğun olduğunu bildirirlər. Çünki belə dırnaq formasına mikroblar yığılmır. Adətən, romantik qadınlar bu dırnaq formasına üstünlük verirlər.
Kvadrat
Ən çox bəyənilən dırnaq formalarından biridir. Həm qısa, həm də uzun dırnağa yaraşır. Belə dırnaq formasının bir zəif cəhəti var. O da yan tərəflərdən qırılmağa meylli olmasıdır. Bu formaya üstünlük verən qadınlar gücü və dəbdəbəni xoşlayırlar.
Kvadrat - oval
Ən zərif dırnaq formalarından biridir. İddialı və cazibədar görünmək istəyənlər bu dırnaq formasını seçir.
Oval
Buna yumru dırnaq formasının uzun variantı da demək olar. Əlləri incə göstərir.
Badam
Son vaxtların ən populyar dırnaq formasıdır. Oval dırnaqların uclarının bir az itiləşdirilmiş variantıdır. Qısa və gombul barmaqları incə göstərir. Yeniliklərə açıq, fərqliliyi sevən insanlar bu dırnaq formasına üstünlük verirlər.
Stiletto
Ən uzun dırnaq formalarından biridir. Badam dırnaq formasından çox da fərqlənmir.
Kəskin
Bu dırnaq formasını, adətən, gənc və yaradıcı insanlar bəyənirlər. Bu dırnaqların qırılma ehtimalı yüksəkdir. Çox qulluq tələb edir.
Balet
Ən yeni dırnaq formalarından biridir. Bu formaya nail olmaq üçün dırnaqların həddən artıq uzun olması vacibdir.
Dodaq boyası
“Nail art” modasının təlqin etdiyi bu dırnaq forması cəsarət tələb edir. Belə dırnaq formasını ancaq ən çılğın insanlarda görmək olar.
Ördək
Ördəyin dimdiyinə oxşadığı üçün belə adlandırılıb. Bu dırnaq formasını təbii yolla əldə etmək, demək olar ki, mümkünsüzdür. Ona görə də, bu formada satılan süni dırnaqlardan istifadə edilir.
Ulduzlar hansı dırnaq formasından istifadə edirlər?
Uzun dırnaqları ilə diqqət çəkən pop ulduz Rihanna, adətən, stiletto, badam, kvadrat və kvadrat - oval dırnaq formalarını xoşlayır.
Model Kayli Cenner badam, stiletto və balet dırnaq formalarına üstünlük verir.
Dünya şöhrətli müğənni Lana Del Rey isə oval və badam dırnaq formasından istifadə edir.
Çılğın stili ilə tanınan Keti Perri qısa yumru və oval dırnaqları xoşlayır.
Ledi Qaqa isə stiletto dırnaq formasından vaz keçmir.
Ləman Sultan
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!