Kök qadınlar incəbelli gözəllərə belə acıq verdi - FOTOLAR
Bizi izləyin

Gözəllik

Kök qadınlar incəbelli gözəllərə belə acıq verdi - FOTOLAR

46 yaşlı braziliyalı fotoqraf Mariana Qodoy əndamlı qadınların fotosessiyasını hazırlayıb. Bununla o, öz ölkəsində kök insanlara münasibəti pisləyib və onların cəmiyyətdə normal qarşılanmasına dəstək verib.

Fotoqrafın sözlərinə görə, gözəllik anlayışı hər kəsin subyektiv fikridir. O, “Mən istəyirəm ki, insanlar hər bir qadının gözəl və həssas olduğunu başa düşsünlər. Bu isə onun çəkisindən asılı deyil” - deyib.

Lakin qeyd etmək lazımdır ki, çoxları fotoqrafla razı deyil. Sosial şəbəkə istifadəçiləri kök qadınları qeyri-sağlam həyat tərzinə görə, kəskin tənqid ediblər.

Qeyd edək ki, Braziliyada açıq rəngli saçları, mavi gözləri, qəşəng ombaları və böyük sinəsi olmayan qadınlar gözəl hesab olunmur. Orada bu standartlara uyğun gəlməyən kök qadınların əksəriyyətini cəmiyyət mənfi qarşılayır. Kök xanımlar daim pislənilir və “piyli” adlandırılırlar.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm