Toya hazırlaşan gəlinlər üçün pəhriz
Bizi izləyin

Gözəllik

Toya hazırlaşan gəlinlər üçün pəhriz

Yayda toya hazırlaşan gəlinlər digər gəlinlərdən daha şanssızdır. Çünki qış aylarında artıq çəki problemi yaşayanlar, qapalı gəlinliklə qüsurlarını ört-basdır edə bilər. Yay aylarında isə bu mümkün deyil.

Publika.az türkiyəli diyetoloq Fevzi Özgönülün toya hazırlaşan gəlinlər üçün hazırladığı pəhriz reseptini təqdim edir:

“Gəlinlər artıq çəkiyə görə ürəyini sıxmasın. Həmin gün belə məsələlərə fikir vermədən xoşbəxt doyunca əylənməlidirlər. Gəlinlik seçimində qarşıya çıxa biləcək problemdən sığortalanmaq üçün isə cəmi 1 həftə pəhriz saxlamaq kifayətdir. Pəhrizə toya bir həftə qalmış başlamaq və toy günü yekunlaşdırmaq lazımdır”.

Mütəxəssis tövsiyyə etdiyi pəhrizlə bağlı bəzi istisnaları da qeyd edib:

“Şəkər xəstəliyi və ya qalxanabənzər vəzin ləng işləməsi kimi narahatlığı olanlara pəhrizi saxlamaq tövsiyə olunmur”.

Publika.az həmin pəhriz proqramını təqdim edir:

1-ci və 2-ci gün

Səhər: Səhər alma sirkəsi əlavə edilmiş suyu içdikdən sonra 1 qaynadılmış yumurta və 2-3 zeytun yeyərək günə başlayın.

Günorta (günorta yeməyini ən gec 14.00 - da yeməyiniz lazımdır): 1 kasa qatıq, 3-4 qoz və 1 meyvə.

Axşam: Tərəvəz xörəyi, 1 dilim qarpız.

Günorta 1 boşqabdan artıq yeməyin və su içməyi unutmayın. Gəlinliyin əyinizində yaxşı oturmasını istəyirsinizsə, müəyyən idman hərəkətləri edin.

3-cü və 4-cü gün:

Səhər: Günə tez başlamağa çalışın. Səhər qalxanda 1 stəkan suya 1 çay qaşığı alma sirkəsi töküb için. 30 dəqiqə gözlədikdən sonra yeməyə başlayın. Səhər yeməyində çörək olmaz. Ağ pendir, 2 qoz ləpəsi, bir az pomidor və xiyarla 10 sap cəfəri, 1 ədəd yumurta yeyə bilərsiniz. Lakin qətiyyən 1 fındıq dənəsi belə yeməyin, bol su için, çox aclıq hiss etsəniz, ayran və ya süd için.

Günorta: Günorta yeməyində 1 boşqab toyuqlu tərəvəz yeməyinin yanında 2-3 qoz yeyin.

Axşam: Saat 19.00-da bir boşqab az yağlı qarabaşaq, bir kasa (normal böyüklükdə) qatığın içinə 1 ovuc doğranmış meyvə və 2-3 qoz töküb yeyin.

Yemək aralarında mütləq su için, gecə çox aclıq hiss etsəniz, 1 stəkan süd və ya ayran için.

Axşama yaxın 1 saata qədər yeriyin və gecə yatmazdan əvvəl iplə 100-150 dəfə tullanın.

5-ci və 6-cı gün:

Səhər: Yumurta yeyin, günorta və axşam isə 3-cü və 4-cü gün əməl etdiyiniz axşam menyusu ilə eynidir. Ancaq qatıq-meyvə və qoz yerinə 1 böyük stəkan ayran için.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm