Dərini yeniləyən qarağat maskası
Bizi izləyin

Gözəllik

Dərini yeniləyən qarağat maskası

Tünd rəngli meyvə və tərəvəzlər antioksidantlarla zəngin olduqları üçün gənclik iksiri hesab edilirlər. Xüsusilə də, qarağat gəncliyi qoruyub saxlamağın ən təsirli vasitəsi hesab edilir.

Daha gənc və sağlam dəriyə sahib olmaq istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi qarağat maskasını sınaqdan keçirin:

Tərkibi:

2 xörək qaşığı bal

yarım kasa qarağat

1 çay qaşığı şəkər tozu

Hazırlanması:

Qarağatı yuyub çəngəllə əzin. Bal və şəkər tozunu üzərinə əlavə edib qarışdırın. Maskanı üzünüzə və boynunuza çəkin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyunun.

Bu maska həm dərini lazımlı vitamin və minerallarla təmin edir, həm də ölü dəri hüceyrələrini təmizləyir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm