Tüklənməni azaldan təbii üsul
Bizi izləyin

Gözəllik

Tüklənməni azaldan təbii üsul

Bədəninizdəki xoşagəlməz tüklərin azalmasını istəyirsinizsə, Publika.az-ın təqdim etdiyi bu qarışıqdan hazırlaya bilərsiniz.

Lazım olan ləvazimatlar:

Noxud unu

Səndəl ağacının tozu

Krem

Xardal yağı

Gül suyu

Sarıkök

Hazırlanması:

2 qaşıq noxud ununu kasaya tökün. 1 qaşıq krem, 2 qaşıq səndəl ağacı tozu, 1 qaşıq xardal yağı, 1 qaşıq gül suyu və bir az sarıkök əlavə edib yaxşıca qarışdırın.

Bu maskanı tüklənməni azaltmaq istədiyiniz yerlərə çəkin və 20 dəqiqə gözləyin. Tüklərin çıxış istiqamətinin əksinə olaraq pilinq edirmiş kimi ovun. Sonra soyuq su ilə yaxalayın. Yaxşı nəticə əldə etmək üçün həftədə bir neçə dəfə tətbiq edin.

Tüklər azaldan maskanın faydaları

Noxud unu ilə hazırlanan bu təbii maska öz təsirini dərhal göstərməz. Tam nəticə əldə etmək üçün bir-iki ay tətbiq etməlisiniz.

Günəş yanıqlarını da azaldan bu qarışıq eyni zamanda dəri ləkələrini də aradan qaldırır və dərini ağardır.

Noxud unu adətən dəri təmizləyən maska reseptlərində istifadə edilir. Gül suyu isə dərini təravətləndirir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm