• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gözəlliyə və cavanlığa gedən yol mədədən keçir

Gözəlliyə və cavanlığa gedən yol mədədən keçir

Gözəlliyə və cavanlığa gedən yol mədədən keçir. Bu, zarafat deyil. Düzgün tərtib edilmiş menyu dərinin parıltılı, saçların isə sağlam olmasını təmin edir.

Publika.az-ın gözəllik bölməsi cavan görünmək istəyən xanımlar üçün faydalı yay tərəvəzlərinin siyahısını hazırlayıb.

Çox yemək nəinki artıq çəkiyə səbəb olur, həm də vaxtından əvvəl qocalmağa gətirib çıxarır. Bunun qarşısını almaq üçün gündəlik qida rasionuna faydalı vitaminlər və bəsləyici maddələrlə zəngin ərzaq məhsulları daxil etmək kifayətdir. Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, zərərli qidalardan uzaq durduqda 2 həftə sonra dəri inanılmaz dərəcədə dəyişir və yaxşılaşır. Bir sözlə, gözəllik naminə pəhriz saxlamaq şərtdir.

Günəbaxan yağı kosmetika sənayesində geniş istifadə olunur. Onun tərkibi A və E vitaminləri, güclü antioksidantlala zəngindir. A və E vitaminləri dərini sərbəst radikallardan qoruyur və onun təbii baryerini möhkəmləndirir. Salatlara bir qaşıq əlavə etmək kifayət edir.

Soğanın tərkibində olan selen maddəsi saçlara müsbət təsir göstərir. Öz növbəsində selen dərini sərbəst radikallardan qoruyaraq qırışların yaranması prosesini ləngidir. Ona görə də soğandan mümkün qədər tez-tez istifadə edin.

Mal qaraciyəri - A vitamini ehtiva edir və dərinin regenerasiyası proseslərində iştirak edir, həmçinin В2, В5, В6 vitaminləri və selen saç və dərinin ən yaxşı dostlarıdır. Qaraciyər həmçinin, antioksidant xüsusiyyətlərə malik mis və sinklə zəngindir. Həftədə bir və ya daha çox yeməyə diqqət edin.

Qarağat damarları möhkəmləndirir, üzdə və ayaqlarda partlamış kapillyarı bərpa edir, eyni zamanda yaranmasının qarşısını alır. Tərkibindəki böyük miqdarda C vitamini isə dərinin gözəlliyini qoruyub saxlayır. Üstəlik, möcüzə-giləmeyvə göz və böyrək sağlamlığının da qayğısına qalır. Nə qədər istəsəniz, yeyə bilərsiniz.

Yerkökü beta-karotinlə zəngindir. Beta-karotin melanin istehsalını stimullaşdıraraq dərini qocalmağa qoymur. Yerkökündə olan selen orqanizmi və hüceyrələri günəş şüalarının mənfi təsirindən müdafiə edir. Ən azı gündə bir ədəd yeməlisiniz.

Soyanın tərkibindəki omeqa3, yağ turşuları və sink dərinin vəziyyətini yaxşılaşdırır. Klimaks dövründə xüsusi ilə faydalıdır. Tərkibindəki maqnezium klimaks zamanı yaranmış stress ilə mübarizə aparır. Gündə təxminən 100 qram yeyilməlidir.

Bibər - C vitamini anbarı olan bu tərəvəz flavonoidlərin fəaliyyətini gücləndirir. Onlar kollagen və kapillyarları bəsləyirlər. Bibərdə olan beta-karotin də qocalma prosesini ləngidir. Nə qədər istəyərsinizsə, yeyə bilərsiniz.

Gözəl saçlar və dırnaqlar

Silisiumla zəngin məhsulları (bütöv dənli bitkilər, yarmalar, kərəviz) qida menyusuna mütləq daxil etmək lazımdır. Bu element saçları və dırnaqları möhkəmləndirir, dərinin də qeydinə qalır.

Tez-tez kəpəkli çörək, gül kələm, noxud və ya göbələk yeyin. Onlarda saçlara təbii parıltı verən biotin var. Qida rasionuna taxıl, yumurta, ət, göyərti və tərəvəzlər daxil etməyi unutmayın.

Hamar dəri

Əgər üzünüzdə kapillyarların görünməsini istəmirsinizsə, sitrus, bibər və qarabaşaq sıyığı yemək zamanıdır. Bu məhsullarda bioflabonoid olduğu üçün xırda qan damarlarını möhkəmləndirir.

Çapıq və yaralardan xilas olmaq üçün E vitamini ilə zəngin qidalara üstünlük verin.

Dərinin gec qırışması üçün mümkün qədər tez-tez dəniz məhsulları yeyin. Balığın tərkibindəki böyük miqdarda omeqa 3 yağ turşuları dəriyə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Daha çox meyvə (gavalı, kişmiş, üzüm) yeyin. Hərdən bir qırmızı şərab için. Ondakı polifenollar qırışların yaranmasına səbəb olan azad radikallarla mübarizə üçün ən yaxşı vasitələrdir.

Süfrənizdən qırmızı, sarı meyvə və tərəvəzi əskik etməyin. Onlar sərbəst radikalların fəaliyyətini ləngidir. Ərik və ya manqo da dərinin cavan qalmasını uzatmaq üçün ən effektli meyvələrdir.

Zeytun, badam və qoz yağı da dərini cavanlaşdıran E vitamini ilə zəngindir. Onları yeməklərə əlavə edərək yeyin.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR