Moruq yağının dəriyə faydaları
Bizi izləyin

Gözəllik

Moruq yağının dəriyə faydaları

Dünyada hər 10 qadından 7-si dəri problemləri ilə mübarizə aparır.

Ancaq qadınların çoxu dərilərinə qulluq etsələr də, istənilən nəticəni əldə edə bilmirlər. Əgər siz də üz dərinizə lazımi qədər qulluq göstərməyinizə, müxtəlif gözəllik maskalarından istifadə etməyinizə baxmayaraq, bu problemlərdən xilas ola bilmirsinizsə, Publika.az-ın bu yazısını mütləq oxuyun.

Dəriyə qulluq dedikdə, ağlımıza ilk növbədə badam yağı, gül yağı, nar yağı kimi populyar vasitələr gəlir. Ancaq dəri üçün faydalı yağlardan biri də moruq yağıdır.

Moruq yağının tərkibindəki E və C vitaminləri dərinin yenilənməsini təmin edir. Dərini qidalandırır və gəncləşdirir. Ölü hüceyrələri təmizləyir. Yaşlılığın əlamətlərini aradan qaldırır.

Bəs, moruq yağından necə istifadə etmək lazımdır?

Bunun üçün ən yaxşı üsul ondan müxtəlif maskalar hazırlayıb üzə çəkməkdir.

Moruq yağı və süd maskası

Tərkibi:

1 xörək qaşığı təzə süd

3 damcı moruq yağı

Hazırlanması və tətbiqi:

Südlə moruq yağını qarışdırın. Daha sonra maskanı üz və boyun dərisinə çəkib masaj edin. 15 dəqiqə gözlədikdən sonra əgər dəriniz yağlıdırsa, üzünüzü ilıq su ilə yuyun. Yox, əgər dəriniz qurudursa, maskanı isladılmış pambıqla təmizləyin.

Bu maskanı həftədə bir dəfə çəkin.

Qeyd edək ki, gecə yatmazdan öncə çəkdiyiniz nəmləndirici kremin içərisinə 2-3 damcı moruq yağı əlavə etsəniz, səhərlər dəriniz daha sağlam və gözəl görünəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm