Qısa saç dəbi ilə ayaqlaşan məşhurlar - FOTOLAR
Bizi izləyin

Gözəllik

Qısa saç dəbi ilə ayaqlaşan məşhurlar - FOTOLAR

Bu yay bir çox məşhurlar, nə qədər qəribə olsa da, oğlan saç stilinə üstünlük veriblər.

Publika.az xəbər verir ki, qısa saç dəbi ilə təkcə Hollivud gözəlləri deyil, Türkiyənin məşhur simaları da ayaqlaşırlar. Tuba Büyüküstünün xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə uzun saçını kəsdirməsi qısa saç stilinin Türkiyədə də aktuallaşmasına təkan verib.

Yeri gəlmişkən qeyd edək ki, “piks” adlanan qısa saç kəsiminin dəbə minməsi aktrisa Odri Hepbern və model Tvigginin adı ilə bağlıdır. Belə ki, 1953-ci ildə Odri Hepbern "Roma tətilləri" filmi üçün saçını qısa kəsdirdi. Filmin süjet xəttinə görə, şahzadə Anna etiraz əlaməti olaraq uzun saçlarını kəsir. Filmin lentə alındığı dövrdə aktrisanin buna razılaşması o zaman üçün kifayət qədər cəsarətli addım idi. Film ekranlara çıxandan sonra cəsarətli modapərəstlər oğlansayağı saç stilinə üstünlük verməyə başladılar.

Uzun saçlarını kəsdirən məşhurların fotolarını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm