Uşaq yağı ilə 6 problemi həll edin!
Bizi izləyin

Gözəllik

Uşaq yağı ilə 6 problemi həll edin!

Müxtəlif markaların istehsalı olan və uşaqlar üçün nəzərdə tutulan bədən yağları artıq sadəcə körpələrin deyil, həm də böyüklərin vazkeçilməzlərindəndir. Bir çox qadın bu yağlardan bütün bədənini nəmləndirmək üçün istifadə edir. Bunun üçün hamamdan çıxmazdan öncə uşaq yağını dəriyə çəkib masaj etmək və ilıq su ilə yaxalanmaq lazımdır. Ancaq uşaq yağından başqa məqsədlər üçün də istifadə edə bilərsiniz.

Publika.az-ın təqdim etdiyi məsləhətlərə əməl etsəniz, bu yağlar sizin əsl köməkçinizə çevriləcək.

1.Göz makiyajını təmizləyin

Pambığa bir az uşaq yağı töküb göz makiyajınızı təmizləyə bilərsiniz. Bu üsulla hətta suya davamlı tuş və layner belə asanlıqla təmizlənəcək.

2. Dərini təmizlə

Üzünüzü çirkdən və toksinlərdən təmizləmək üçün uşaq yağı çəkə bilərsiniz. Yağın içərisinə bir az çay ağacı yağı əlavə etsəniz, sızanaqlara və cizvələrə qarşı təsirli maska əldə etmiş olarsınız.

3. Təbii pilinq

1 çay qaşığı uşaq yağı ilə eyni miqdarda şəkər tozunu qarışdırıb təbii pilinq əldə edin və bu yolla dərini nəmləndirməklə yanaşı ölü hüceyrələri də təmizləyin.

4. Makiyaj fırçalarınızı təmizləyin!

Makiyaj üçün istifadə etdiyiniz fırçaları da uşaq yağından istifadə edərək təmizləyin. Ovcunuza bir az uşaq yağı töküb fırçaları bulayın. Bir neçə dəqiqə sonra fırçaları üzünüzü yuduğunuz gel və ya köpüklə təmizləyin. Bir müddət suyun altında saxlayın ki, yaxşı təmizlənsin. Beləliklə, fırçalarınız həm təmizlənəcək, həm də daha yumuşaq olacaqlar.

5.Quru saçlarınıza qulluq edin!

Saçlarınız həddən artıq qurudursa, yenə uşaq yağından faydalana bilərsiniz. Hamamdan çıxmazdan öncə islaq saçlarınızın uclarına bir az uşaq yağı çəkin. 3 dəqiqə gözləyib ilıq su ilə durulayın.

6. Təraş üçün vasitə

Ayaqlarınızı və ya qoltuq altını təraş edərkən xüsusi vasitələr əvəzinə uşaq yağından istifadə edin. Beləliklə, təraş zamanı dərinizə zərər dəyməyəcək. Təraşdan sonra isə nəmləndirici krem çəkməyə ehtiyac duymayacaqsınız.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm