Mükəmməl dəriyə qovuşduran 3 bal maskası
Bizi izləyin

Gözəllik

Mükəmməl dəriyə qovuşduran 3 bal maskası

Dəri üçün ən faydalı qidalardan biri baldır. Ancaq balı, sadəcə yeməklə kifayətlənməyin. Çünki balla hazırlanan gözəllik maskaları dəri üçün əsl möcüzə effekti verir.

Mütəxəssislər tərkibində bal olan maskaların faydalarını belə sıralayırlar:

-Təbii bal kimyəvi maddələr ehtiva etmədiyi üçün dərini təmizləyir, qidalandırır. Həmçinin, dərinin nəm balansını qoruyur.

-Mineral, zülal və vitaminlərlə zəngin olduğu üçün dəri hüceyrələrini yeniləyir.

-Həm təbii antibiotikdir, həm də antioksidantlarla zəngindir. Məhz bu xüsusiyyəti ilə də sızanaqların qarşısını alır.

-Dərinin rəngini açır

-Pilinq effekti verir. Yəni, dərini ölü hüceyrələrdən təmizləyir.

-Dəri ləkələrini yox edir.

-Qızartıları azaldır.

-Dərini möhkəmləndirir, elastikliyini artırır.

-Qırışları açır.

-Dərini yaşlanmağa qoymur.

Ballı darçın maskası

Bu maska dərini toksinlərdən təmizləyir, sızanaqları azaldır, qızartıları aradan qaldırır, ləkələri yox edir və dərini nəmləndirir.

1 çay qaşığı darçınla 1 çay qaşığı balı qarışdırıb məcun halına gətirin. Üzünüzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin. Üzünüzü quruladıqdan sonra tonik və nəmləndirici krem çəkin.

Bu maskanın bəzi dərilərdə allergiyaya səbəb olma ehtimalını nəzərə alaraq əvvəlcə çənənizə və ya alnınıza az miqdarda çəkib allergiya testi edin.

Ballı qatıq maskası

Bu maska dərini nəmləndirməyi vəd edir.

1 çay qaşığı qatıqla 1 çay qaşığı balı qarışdırıb fırça ilə üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.

Ballı limon maskası

Bu maska məsamələri təmizləyir və qırışları açır.

1 çay qaşığı balla eyni miqdarda limon şirəsini qarışdırın. Üzünüzə çəkin. Masaj edərək dərinin maskanı əmməsini təmin edin. Daha sonra üzünüzü soyuq su ilə yuyun.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm