Üzdəki tükləri yox edən noxud və sarıkök maskası
Bizi izləyin

Gözəllik

Üzdəki tükləri yox edən noxud və sarıkök maskası

Üzdəki tükləri müxtəlif vasitələrlə təmizləmək olar. Ancaq üz dərisinin həssas olduğunu nəzərə alsaq, bunun üçün ən yaxşı üsul təbii vasitələrdən istifadə etməkdir. Publika.az üzdəki tükləri qısa müddətdə azaldan maska reseptlərini təqdim edir:

Noxud maskası

Tərkibi:

2 xörək qaşığı qovrulmuş noxud (ləbləbi) tozu

1 xörək qaşığı süd kremi

2 çay qaşığı süd

1 çay qaşığı sarıkök

Hazırlanması:

Bütün məhsulları bir qabın içərisinə töküb krem halına gələnə qədər qarışdırın. Maskanı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Maska quruduqdan sonra ilıq su ilə üzünüzü təmizləyin. Üzünüzdəki tüklərdən tamamilə azad olmaq üçün bu maskadan 1 ay müddətində, həftədə 2-3 dəfə istifadə etməlisiniz.

Bu maska həmçinin dərinin rəngini açır, hüceyrələri yeniləyir.

Sarıkök maskası

Maska üçün sadəcə iki məhsula ehtiyacınız var. Bunlar süd və sarıkökdür.

2 xörək qaşığı sarıköklə 1 xörək qaşığı südü qarışdırıb krem halına salın. Maskanı çəkdikdən 15-20 dəqiqə sonra ilıq su ilə təmizləyin. Bu maskanı bədənin başqa bölgələrinə də tətbiq etmək olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm