Dırnaqları sürətlə uzadan yağlar
Bizi izləyin

Gözəllik

Dırnaqları sürətlə uzadan yağlar

Qadının əlləri onun haqqında çox şey deyir. Buna görə də əllərə və dırnaqlara xüsusi qayğı göstərməliyik.

Ev şəraitində əllərə necə qulluq edə bilərik? Üz və saç üçün olduğu kimi, dırnaq üçün də maskalar hazırlanır. Məsələn, təqdim etdiyimiz bu maska həm asan hazırlanır, həm də dırnaqların qırılmadan tez və sağlam uzanmasını təmin edir:

Ərzaqlar:

Eyni miqdarda:

1. Günəbaxan yağı

2. Hind qozu yağı

3. Badam yağı

4. E vitamini yağı

5. Zeytun yağı

6. Çay ağacı yağı

7. E vitamini kapsulları

Hazırlanması:

  1. Bütün yağlar qarışdırılaraq təxminən 30 saniyə mikrodalğalı sobada qızdırırlır. İçərisinə bir kapsul E vitamini əlavə edilir. Yağ çox isti olmamalıdır. İlıqlaşdıqdan sonra barmaqlarınızı içinə salıb 10 dəqiqə saxlayın. 2-3 dəqiqə sonra yağı təkrar qızdırıb barmaqlarınızı yenidən içərisinə qoyun. Daha sonra su ilə yuyun. Təmiz dəsmal ilə silin. Nəmləndirici ilə masaj edib yatın.

Bunu həftədə 2-3 dəfə etməlisiniz!

Sağlam və güclü dırnaqlar üçün daha bir neçə məsləhət

Sağlam dırnaqlara sahib olmağın ən önəmli şərti sağlam qidalanmadır. Ət, süd və balıq məhsullarını mütəmadi olaraq yeyin.

Asetonun dırnaqlara zərər verdiyi heç kimə sirr deyil. Ona görə də, mümkün qədər az aseton istifadə edin.

Təmizliklə məşğul olanda mütləq əlcək geyinin. Çünki yuyucu vasitələrin tərkibindəki kimyəvi maddələr dırnaqların korlanmasına gətirib çıxarır.

Manikür etdirdiyiniz məkanın gigiyenik tələblərə cavab verdiyinə fikir verin. Dırnaqlarınızı dırnaq qayçısı yerinə dırnaq bıçqısı ilə qısaldın. Çünki sağlam uzanması üçün bu, daha effektlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm