• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Tər əleyhinə vasitəni özünüz hazırlayın - RESEPT

Tər əleyhinə vasitəni özünüz hazırlayın - RESEPT

Tər əleyhinə vasitə hər gün istifadə etdiyimiz kosmetik vasitələrdən biridir. Hansı formada qablaşdırılmasından asılı olmayaraq, bütün belə vasitələrin tərkibi zərərli kimyəvi maddələrlə doludur. Aparılan araşdırmalar göstərib ki, onlardan uzun müddət istifadə edən qadınlarda döş xərçənginə yaxalanma riski artır.

Buna baxmayaraq, onlardan imtina etmək mümkün deyil. Xüsusilə, yay aylarında özümüzdən əmin olmaq üçün həmin vasitələr bizə kömək edir.

Ona görə də, ya bir az daha çox pul xərcləyib təbii tərkibli məhsullardan istifadə etməlisiniz, ya da tər əleyhinə vasitənizi ev şəraitində özünüz hazırlamalısınız. Üstünlüyü ikinci varianta verirsinizsə, Publika.az-ın təqdim etdiyi bu resepti mütləq sınaqdan çıxarın.

Tərkibi:

50 ml. mineral su

10 damcı lavanda yağı

5 damcı adaçayı yağı

100 ml alma sirkəsi

Hazırlanması:

Siyahıdakıların hamısını kiçik bir kasaya töküb qarışdırın. Qarışığı təmiz sprey şüşəsinə töküb istədiyiniz vaxt istifadə edin.

Alternativ olaraq, özünüzə yasəmən qoxulu vasitə də hazırlaya bilərsiniz.

Bunun üçün 10 ml. gülab, 10 ml. mineral su, 10 ml qliserin, 2 damcı mixək yağı və 2 damcı yasəmən yağını bir qabda qarışdırın. Sprey şüşəsinə boşaldıb istifadə edin.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR