Kokos yağı ilə özünüzü yenidən yaradın!
Bizi izləyin

Gözəllik

Kokos yağı ilə özünüzü yenidən yaradın!

Müxtəlif kremlərdən istifadə etsəniz belə, dəriniz istədiyiniz kimi sağlam və qüsursuz görünmür? Deməli, sizin də kokos yağı ilə tanışlığınızın vaxtı çatıb.

Publika.az dərinin qısa zaman kəsiyində qüsursuz görünməsini təmin edən 3 maska təklif edir. Həmin maskaların hər birinin tərkibində dəri üçün ən faydalı yağlardan biri olan kokos yağı var. Dəri tipinizə uyğun maskanı seçin və möcüzəyə şahid olun!

Normal dəri üçün kokos maskası

Tərkibi:

1 xörək qaşığı kokos yağı

2 çay qaşığı bal

Yarım çay qaşığı limon şirəsi

Hazırlanması:

Bütün məhsulları kiçik bir qabın içərisind qarışdırın və təmiz dəriyə çəkin. Üzünüzdə xəfif qıcıqlanma hiss etsəniz, narahat olmayın, bu, normaldır. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.

Faydaları:

Maskanın tərkibindəki kokos yağı dərini nəmləndirir və hüceyrələri yeniləyir. Bal isə həm dərini nəmləndirir, həm də detoks effekti verir. Limon şirəsi yağlanmanın qarşını alır, həmçinin, məsamələri daraldır.

Yağlı dəri üçün kokos maskası

Tərkibi:

1 xörək qaşığı kokos yağı

Yarım banan (qaralıb yumşalmış)

Yarım çay qaşığı sarıkök

Hazırlanması:

Çəngəllə bananı əzin. Üzərinə sarıkökü və kokos yağını əlavə edin. Təmiz dəriyə çəkib 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü soyuq su ilə yuyun.

Faydaları:

Maskanın tərkibindəki sarıkök iltihabların qarşısını alır. Yəni, dəridəki sızanaqları qurudur və yeni sızanaqların yaranmasına mane olur. Banan və kokos yağı dərini nəmləndirir. Banan dərinin həddən artıq yağlanmasının qarşısını alır.

Quru dəri üçün kokos maskası

Tərkibi:

1 xörək qaşığı kokos yağı

1/2 çay qaşığı kokos

1/4 dəymiş avokado

Hazırlanması:

Avokadonu soyub hamar hala gələnə kimi əzin. Üzərinə kokosu və kokos yağını əlavə edib qarışdırın. Üzünüzdə 15 dəqiqə saxlayın. İlıq su ilə üzünüzü yuyun.

Faydaları:

Kokos dəri hüceyrələrini yeniləyir. Həmçinin, dərinin qabıq verməsinin qarşısını alır. Həm avokado, həm də kokos yağı dərini nəmləndirib qidalandırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm