Saçları qısa zamanda uzadan qidalar
Bizi izləyin

Gözəllik

Saçları qısa zamanda uzadan qidalar

Saçlarınızın uzun və sağlam olmasını istəyirsinizsə, mütləq qida rasionunuza diqqət eməlisiniz. Çünki doğru şampundan və ya balzamdan istifadə etmək, müxtəlif maskalar çəkmək saçların uzanması üçün kifayət deyil. Sağlam qidalanan insanların saçları daha tez uzanır.

Publika.az saçların sürətlə uzanmasını təmin edən qidaları təqdim edir:

Qızıl balıq

Qızıl balıq sağlam saçlar üçün vacib olan D vitamini və zülalla zəngindir. Saçların uzanmasını təmin edən omeqa­-3 yağ turşuları ehtiva edir.

Sarı bibər

Portağaldan 5 dəfə daha çox C vitamini ehtiva edən sarı bibər saçlar üçün çox faydalıdır. Çünki C vitamini saçların qırılmasının qarşısını alır, saç tellərini gücləndirir, saç köklərini qidalandırır.

Yumurta

Həm omeqa-3 yağ turşusu, həm də “biotin” adlı maddə ehtiva edən yumurta sağlam saçlar üçün əsl möcüzədir.

Günəbaxan tumu

Saç dərisində qan dövranını sürətləndirərək saçların tez uzanmasına səbəb olur. Tərkibindəki E vitamini sayəsində saçları daha parlaq göstərir.

Şirin kartof

Tərkibindəki beta-karotin adlı maddə sayəsində sağlam və gur saçlar reallığa çevrilir.

Avokado

Bu meyvənin tərkibində çoxlu miqdarda yararlı yağ turşuları var. Həm saçlar, həm dəri üçün çox faydalıdır. Avokadonun özünü və ya yağını maskalara əlavə edərək saçlara çəkin. Avokadonu yemək də saçlara yaxşı təsir edəcək.

Badam

Badamın da tərkibində saç üçün yararlı “biotin” maddəsi var. Bu maddə saç telərini gücləndirir və saçların daha sürətlə uzanmasına təkan verir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm