Bu qızların ərə getmək şansı daha çoxdur - FOTOLAR
Bizi izləyin

Gözəllik

Bu qızların ərə getmək şansı daha çoxdur - FOTOLAR

Dəyişən dəb tendensiyaları ilə birlikdə saç kəsimləri və modelləri də dəyişir. Amma hörüklər qədim dövrlərdən ta bu günə qədər gəlib və müəyyən fasilələrlə dəbdə olub.

Bəzi mənbələrdə hörüklərin hətta geyimdən əvvəl yarandığı iddia olunur.

Hindistanda uzun saçların gözəllik əlaməti olması barədə yəqin ki, eşitmisiniz. Publika.az-ın gözəllik bölməsi xəbər verir ki, saçlarla bağlı hind xalqının özünəməxsus inancları da var. Məsələn, Hindistanda qızlar yetkinlik yaşına çatanda saçlarını hörərdilər. Kimin hörüyü daha qalın olurdusa, onun ərə getmək şansı daha çox olurdu.

Ümumiyyətlə, hörüklər müxtəlif xalqların mədəniyyətində yer alıb. Amma mürəkkəb quruluşlu hörükləri daha çox qədim yunanların heykəllərində müşahidə etmək olar. Ona görə də, hörüklü saçların vətəni Yunanıstan sayılır.

Yeri gəlmişkən qeyd edək ki, bir çox ölkələrdə hörüklər toy mərasimilərinin ənənəvi saç düzümü hesab olunub. Sonralar dinin təsiri altında qızlar başını yaylıqla bağladığından bu ənənə öz əhəmiyyətini itirib. Buna baxmayaraq, hörüklərə münasibət dəyişməyib.

Hazırda hörüklər ən dəbli saç düzümü hesab olunur. Bu saç düzümünün sevilməsi həm rahat və praktik olması, həm də romantik təsir bağışlaması ilə əlaqədar ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm