Təbii üsulla iri sinəyə sahib ol
Bizi izləyin

Gözəllik

Təbii üsulla iri sinəyə sahib ol

İri sinə bir çox xanımın arzusudur. Çoxları bu arzuya silikon vasitəsilə çatır. Ancaq estetik müdaxilədən çəkinənlər də var.

Publika.az sinəni böyüdüb, dikləşdirən təbii üsulları araşdırıb.

Razyana

Razyananın tərkibində orqanizmdəki estrogen səviyyəsini artıran “flavonoid”lər var.

1 xörək qaşığı balıq yağını iki çay qaşığı razyana toxumu ilə qarışdırıb tavada qızdırın. Toxumların rəngi qırmızıya çalanda yağı süzün və soyumağa qoyun. Əldə etdiyiniz yağı döşlərinizə çəkib masaj edin. Masaj 5-10 dəqiqə çəkməlidir. Daha sonra 30 dəqiqə gözləyib isti su ilə yağı bədəninizdən təmizləyin. 1-2 ay müddətində gündə iki dəfə bu prosesi təkrarlayın.

Gündə 1 stəkan razyana çayı içmək də müsbət təsir edəcək.

Buğda toxumu yağı

Buğdanın toxumundan əldə edilən yağ da döşlərin iriləşməsini təmin edən təbii vasitələrdəndir. Yağı sinəyə çəkib dairəvi hərəkətlərlə masaj etmək lazımdır. Bu həmin bölgədə qan dövranını sürətləndirir. Yağın tərkibindəki E vitamini dərinin elastikliyini təmin edərək döşlərin daha dik görünməsinə səbəb olur.

1 ay ərzində fərqi hiss etmək istəyirsinizsə, sinəni gündə 3 dəfə buğda toxumu yağı ilə masaj etməlisiniz.

Avokado yağı

Avokado yeyərək döşlərinizin daha iri görünməsini təmin edə bilərsiniz. Ancaq bu meyvənin yağı daha təsirlidir. Gündə bir dəfə avokado yağı ilə döşləri masaj etsəniz, arzuladığınız ölçüyə qovuşacaqsınız. Avokado həm də dərini nəmləndirir və döşlərin formasını itirməsinin qarşısını alır.

Zəncirotu

Zəncirotunun kökü ideal ölçülü sinəyə sahib olmaq üçün ən təsirli vasitələrdən biridir. Bu bitki döşlərdəki hüceyrələrin sürətlə yenilənməsini təmin edir. Zəncirotunun kökündən çay dəmləyib gündə iki dəfə içə bilərsiniz. Apteklərdə bu bitkinin kökündən hazırlanan həblər satılsa da, çay daha etibarlı üsuldur.

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm