Gözəllik
Kosmetik vasitələri necə mühafizə etməli?
Xanımların ən böyük problemlərindən biri də vaxtı keçmiş kosmetik vasitələrdir. Əksər məhsulların üzərində son istifadə tarixi qeyd edilsə də, kosmetik vasitələr göstərilən tarixdən daha tez xarab ola bilir. Bunun da əsas səbəbi onları düzgün mühafizə etməməkdir. Bu isə həm sağlamlığınıza, həm də cibinizə ziyan vurur.
Kifayət qədər baha qiymətə aldığınız dodaq boyasını və ya tuşu atmaq elə də asan deyil. Ancaq fərqinə varmayıb xarab olmuş məhsuldan istifadə etdikdə dəri müxtəlif kəskin reaksiyalar verir ki, nəticədə qalıcı problemlərlə üzləşirik.
Bəs, hansı kosmetik vasitəni necə mühafizə etmək lazımdır?
Publika.az bir neçə qayda təklif edir:
1.Soyuducuda saxlayın
Üz və ya bədən üçün nəzərdə tutulan bütün kremləri soyuducuda saxlayın. Xüsusilə də, isti yay günlərində kremlərinizi otaq şəraitində saxlamağınız onların tez xarab olması ilə nəticələnə bilər.
Yumşaq teksturalı, nəmləndirmə xüsusiyyəti olan dodaq boyaları da soyuducuda saxlanmalıdır.
Bundan əlavə bütün ətirlər soyuducunun alt gözündə mühafizə edilməlidir. Soyuducuda saxlanılan ətirlər son istifadə tarixinə qədər təzə qalırlar. Bununla yanaşı, ətri vurduqda onun daha qalıcı olduğunu müşahidə edəcəksiniz.
Dodaq, göz və qaş qələmləri də isti havanın təsiri ilə yumşalıb yararsız hala düşə bilərlər. Bu məhsulları da soyuducuda mühafizə etmək məsləhətdir.
2. Su və ya yağ
Tuşlar düzgün mühafizə edilmədikdə quruyur. Bunun qarşısını almaq üçün tuşun günəşin altında qalmamasına diqqət edin. Otaq şəraitində saxlayın. Qurumağa başlayan tuşun içərisinə bir neçə damcı su və ya gənəgərçək yağı tökərək istifadəyə yararlı hala gətirə bilərsiniz.
3. Dırnaq boyalarını qurumağa qoymayın!
Dırnaq boyaları da günəş şüalarından mühafizə edilməlidir. Əgər dırnaq boyanızın çətin çəkildiyini və qurumağa başladığını hiss edirsinizsə, içərisinə bir neçə damcı şəffaf lak tökün.
Ləman Sultan
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO