Pivə maskası ilə düz saçlara qovuş!
Bizi izləyin

Gözəllik

Pivə maskası ilə düz saçlara qovuş!

Artıq hamı bilir ki, saçların ən böyük düşməni saç fenləri və kimyəvi maddələrdir. Siz də saçlarınızı düzləşdirmək üçün saç feninə və salonlarda tətbiq edilən müxtəlif prosedurlara müraciət edirsinizsə, diqqətli olun. Çünki bir müddət sonra saçlarınız korlanacaq - töküləcək, asanlıqla qırılacaq və ən əsası, öz parlaqlığını itirərək daha yaşlı görünməyinizə səbəb olacaq.

Əgər bunlarla üzləşmək istəmirsinizsə, Publika.az-ın təqdim etdiyi saçları düzləşdirən pivə maskasını sınaqdan keçirin.

Saçları düzləşdirmək üçün pivədən iki cür istifadə edə bilərsiniz.

Birinci üsul: bir stəkan pivəni ocaqda qaynadın. Qabın dibində yarım stəkan qalanda ocağı söndürün və pivənin soyumasını gözləyin. Daha sonra üzərinə yarım stəkan daim istifadə etdiyiniz şampundan tökün. Yaxşıca qarışdırın. Saçlarınızı həmişə bu pivəli şampunla yuyun.

İkinci üsul: saçınızı yuyun. Sonda pivə ilə durulayın.

Pivə tərkibindəki zülal və vitaminlər sayəsində saçları gücləndirir. Pivənin tərkibindəki spirt saçları təmizləyir və parlaqlıq verir. Daha yumşaq və asan daranan saçlara sahib olursunuz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm