Gözəllik
Kürəkdə çıxan sızanaqlardan xilas edən təbii üsul
Bir çox insanın sadəcə üzündə yox, kürək, bel, ombasında da sızanaqlar çıxır. Bu sızanaqlardan xilas olmaq elə də asan deyil. Üstəlik, belə sızanaqlar çox vaxt böyük olur və ağrı verir.
Publika.az kürək və bel nahiyəsində çıxan sızanaqları 1 həftə içərisində yox edən iki üsul təqdim edir:
1. Dəniz duzu ilə şəfa tapın!
Vannanı isti su ilə doldurub içinə 2-3 stəkan dəniz duzu tökün və həmin suda 20-30 dəqiqə dincəlin. Əgər dəriniz yağlıdırsa, vannadan çıxdıqdan sonra heç nəyə ehtiyacınız olmayacaq. Ancaq dəriniz qurudursa, qurulandıqdan sonra nəmləndirici krem çəkin. Bu duz vannası sayəsində 1 həftə ərzində sızanaqlardan xilas olacaqsınız. Əgər hamamda vannanız yoxdursa, alternativ üsula əl ata bilərsiniz. 1 stəkan dəniz duzunu eyni miqdarda su ilə qarışdırıb təmiz sprey şüşəsinə doldurun. Gündə iki dəfə bu suyu problemli bölgəyə sıxın.
2. Yulaf möcüzəsi
Sağlamlığımızın və gözəlliyimizin ən yaxşı dostu olan yulaf sızanaqlara qarşı da təsirli vasitədir. Yulaf əzməsi dərini nəmləndirir, sızanaqları aradan qaldırır, ölü hüceyrələri təmizləyir.
3 xörək qaşığı əzilmiş yulafı pambıq parçadan tikilmiş təmiz, daha öncə heç istifadə edilməmiş corabın içərisinə doldurun. Həmin corabı vannanın içərisinə atın. Corabı sıxaraq yulafın tərkbiindəki maddələrin suya çıxmasını təmin edin. 20 dəqiqə bu suyun içərisində gözləyin. Daha sonra durulanıb qurulanın. Proseduranı hər gün təkrarlayın.
Ləman Sultan
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI