Gözəllik
46 yaşlı Cennifer Lopez cavanlıq sirrini açdı – VİDEO
Cennifer Lopezin 46 yaşı olmasına baxmayaraq, cavan görünməsinin sirri az qala dünyanın bütün qadınlarını maraqlnadırır.
Publika.az-ın gözəllik bölməsi Ceylonun gənc qalmaq üçün əl atdığı üsulları təqdim edir:
Yaşa dolduqca daha da cavanlaşan, günü-gündən işıq saçan Hollivud gözəli kosmetoloqlara milyonlarla dollar xərcləyir. Bununla belə, müğənni və aktrisanın gözəllik sirri ancaq bundan ibarət ola bilməz. Bu yaxınlarda "Instagram"da ulduzun bununla bağlı gülməli videosu yayılıb. Bu videoda Ceylonun bacısı Cen onu bara gedib içki içmək üçün dilə tutub. Ceylo isə kameraya baxaraq bacısına belə cavab verir:
“O hələ də məni inandırmağa çalışır ki, mən spirtli içki içməyə başlamalıyam".
Maraqlısı odur ki, Cennifer Lopez uzun illərdir ki, həqiqətən spirtli içki içmir və hesab edir ki, onlar dəriyə mənfi təsir göstərir. O "Əlbəttə, bayramlarda, kimsə tost deyəndə mən də öz şərəfimə qədəh qaldırıram və bir qurtum içirəm, gecənin qalan hissəsini isə su içirəm", - deyib.
Kosmetoloqlar da bildirirlər ki, alkoqol kapilyar və damarların kövrəkliyini artırır, dəridə qırmızı ləkələr yaranmasına və qırışlara səbəb olur. Bundan əlavə, spirtli içkilər dərini qurudaraq ziyan vurur.
Dermatoloqlar spirtli içkilərlə yanaşı, yüksək miqdarda şəkər ehtiva edən qazlı içkilərdən və meyvə sularından imtina etməməyi məsləhət görürlər. Onlar dərinin qocalma prosesini intensivləşdirən ən güclü düşmənlərdir. Əgər məclisə ayaq uydurmaq istəyirsinizsə, o halda qırmızı və ya ağ şərab seçin. Ən əsası, spirtli içkidən sonra su içməyi unutmayın.
Aytən
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!