Boyundakı qırışlara qarşı alma şirəsi
Bizi izləyin

Gözəllik

Boyundakı qırışlara qarşı alma şirəsi

Bədənimizin ən tez qocalan bölgələrindən biri də boyundur. Bir çox xanım üz qulluğuna diqqət etsə də, boyun bölgəsinə krem və ya maska çəkməyi unudur. Ona görə də boyun bölgəsi üzdən daha tez qocalır və qırışır.

Publika.az xəbər verir ki, boynunuzdakı qırışlardan xilas olmaq arzusundasınızsa, alma şirəsindən faydalana bilərsiniz.

Alma A, C, E və B qrupu vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, fosfor kimi minerallar ehtiva edir. Odur ki, almadan həm sağlamlığımızı, həm də gözəlliyimizi qorumaq üçün rahatlıqla istifadə edə bilərik.

Təzə almadan əldə edilən şirə ilə boyun bölgəsini silmək yaxşı effekt verə bilər. Həmçinin bir çay qaşığı alma sirkəsini eyni miqdarda alma şirəsi ilə qarışdıraraq üzünüzə və boynunuza çəkə bilərsiniz. Bu həm dərini nəmləndirir, həm də qırışları açır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm