Gicitkən ilə arzuladığınız gur saçlara qovuşun!
Bizi izləyin

Gözəllik

Gicitkən ilə arzuladığınız gur saçlara qovuşun!

Saçlarınızın sağlam görünməsini, daha gur və parlaq olmasını istəyirsinizsə, ev şəraitində hazırlanan təbii maskalardan istifadə etməlisiniz. Saçlar üçün ən faydalı bitkilərdən biri də gicitkəndir. Gicitkənlə hazırlayacağınız maska saçlarınızın qısa zamanda gur və sağlam görünməsini təmin edəcək.

Hazırlanması və tətbiqi:

1 ovuc gicitkəni kiçik bir qaba qoyub üzərinə 1 stəkan qaynar su tökün. 3-4 dəqiqə qaynadıb ocağı söndürün və 10 dəqiqə gicitkənin dəmlənməyini gözləyin. Sonra gicitkənin suyunu süzün. Həmin su ilə saç diblərini masaj edin. Bu prosesi hər gün təkrarlamalısınız. Bir həftə ərzində saçlarınızdakı möhtəşəm dəyişikliyi hiss edəcəksiniz.

Saçlarınız daha az töküləcək, saç telləriniz qalınlaşacaq, saçınız daha gur görünəcək, həm saçın qırılması, həm də tökülməsi ilə bağlı problemlər azalacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm