Bu maska ilə dəri sallanmasının qarşısını alın!
Bizi izləyin

Gözəllik

Bu maska ilə dəri sallanmasının qarşısını alın!

Dərinin sallanması yaşlılıq əlamətidir. Bu, dəridəki kollagenin miqdarının azaldığını və elastikliyini itirdiyini göstərir. Günəşdən gələn ultrabənövşəyi şüalar, siqaret, spirtli içkilər, köklük, hamiləlik, səhv pəhriz proqramları, keyfiyyətsiz kosmetik vasitələrdən istifadə dərinin vaxtından tez sallanmasına səbəb olur. Odur ki, olduğunuzdan daha gənc görünmək üçün dəri sallanmasının qarşısını almalısınız.

Publika.az bu baxımdan ən təsrili maskalardan birini təqdim edir:

Avokadolu xiyar maskası

Xiyar yaşlanma əlamətlərini aradan qaldıran ən təsirli vasitələrdən biridir. Odur ki, yaşlanmanı gecikdirən və yaşlılıq əlamətlərini aradan qaldıran kremlərin, losyonların tərkibinə mütləq daxil edilir. Xiyar dərinin nəmliliyini təmin edir və məsamələri daraldır. Avokado isə dərini möhkəmləndirir, nəmləndirir və qidalandırır. Bu meyvə və tərəvəzdən eyni vaxtda istifadə etməklə onların təsirini daha da gücləndirmək mümkündür.

Maskanı hazırlamaq üçün yarım ədəd avokadoya və yarım ədəd xiyara ehtiyacınız var. Avokadonu dilimləyib blenderdən keçirin. Daha sonra xiyarı da əlvə edib püre halına gətirin. Maskanı üzünüzə və boynunuza çəkin. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin. Maskanı iki həftədən bir çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm