Saçlara işgəncə vermək artıq dəb deyil - FOTOLAR
Bizi izləyin

Gözəllik

Saçlara işgəncə vermək artıq dəb deyil - FOTOLAR

Payız-qış aylarında səliqəli daranmış, hamar, yaxud da buruq saçları unudun getsin. Artıq böyük səy göstərib saçları düzləşdirməyə, yaxud da burmağa ehtiyac qalmadı. Çünki saç lentləri dağınıq saçlara onsuz da bəzək verir. Unutmamısınızsa, “Chanel”, “Fendi”, “Gucci”, “Dolce & Gabbana” kimi moda evləri payız-qış kolleksiyalarında saç lentlərindən çox istifadə etmişdilər.

Moda həftələri çərçivəsində ənənəvi olaraq “Chanel” və “Fendi”nin modellərinin stilist Sem Maknaytın sözlərinə görə, mövsümün əsas trendi maksimum təbii görünən saçlardır. O, “İndi həddindən artıq dəbdəbəli saçlar heç kimə lazım deyil. Bilərəkdən düşünülmüş dağınıqlıq təbii obrazı tamamlalıdır. “Chanel” moda evinin nümayişində də modellərin görünüşünü maksimum yumşaltmağa çalışıram" - deyib.

Yaxşı effektə nail olmaq üçün o, maestro modellərin obrazını saç lentləri ilə tamamlayıb. O, açıqlamasında bildirib ki, saç lentlərinin daha bir incəliyi var. Onlar saçlarda bir qədər saymazyana dayanmalıdır.

“Fendi” üçün saç ustası başqa bir üsul fikirləşmişdi. Belə ki saçları arxada toppuz şəklində toplayaraq saç lentinə bərkidib. Onun sözlərinə görə, obrazın təbii alınması çox vacibdir. Ona görə də həmin saç düzümü üçün nə saçları fenləmək, nə də balzamdan istifadə etmək lazımdır. Lakin yığımın gün ərzində dağılmaması üçün saç lakından istifadə etmək olar. Üstəlik, bu cür saç düzümdə xanımlar çox cazibəli görünürlər.

Yeri gəlmişkən, qeyd edək ki, saç aksessuarları ağ, qara və qəhvəyi dəridən hazırlanıb. Həmin saç lentlərini Karl Lagerfeld hər bir model üçün şəxsən özü seçib.

Digər bir istedadlı sənətkar Pol Xenlon isə “Gucci”nin şousu üçün saç düzümündə maksimum sadə üsuldan istifadə edib. O, nümayiş ərəfəsində modellərə saçlarını yuyub yaş halda yatmağı tapşırıb. Bunun sayəsində 70-cı illərin bohem ruhunu ifadə edən etinasız dalğalar alınıb. Pol "Mən bu nümayişdə sadəcə onu göstərmək istəyirdim ki, saçlara işgəncə vermədən də təbii obraz yaratmaq mümkündür” – deyə, etiraf edib.

Publika.az stilistlərin yaratdığı təbii obrazları təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm