• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Təbii dişağardıcı üsullar

Təbii dişağardıcı üsullar

Dişlərinin ağappaq olmasını hər kəs arzulayır. Lakin bol qəhvə və çay içənlərin dişləri tez qaralır. Problemi aradan qaldırmaq üçün çoxları dişağardıcı kimyəvi maddələrdən istifadə edir. Bu maddələr isə diş minasına zərər verir. Üstəlik, çox keçmədən dişlər yenidən qaralır.

Halbuki dişləri təbii üsullarla ağartmaq mümkündür.

Publika.az həmin üsulları təqdim edir:

Sirkə

Məsələn, turşularda istifadə olunan sirkə ev təmizliyində, həmçinin dişağardıcı kimi də istifadə olunur. Dişlərinizi həftədə 1-2 dəfə alma sirkəsi ilə fırçalasanız, həm dişlər üzərindəki ləkələrdən xilas olacaq, həm də ağzınızdakı bakteriyalardan.

Çiyələk

Çiyələk diş daşlarını yumşaldır, onlara ağ və təmiz görünüş verir. Bundan əlavə, dişağardıcı özəlliyə sahib olan çiyələk diş bakteriyalarını aradan qaldırır. Çiyələyi əzib məcun əvəzi dişlərinizi sürtün. Lakin bu üsulu tez-tez təkrar etmək olmaz. Çünki çiyələyin tərkibindəki turşu çox istifadə edildikdə diş minasına zərər verə bilər.

Duz

Duz antibakterialdır və təmizləyici maddədir. Diş məcununa duz əlavə edib istifadə etdikdə diş daşları təmizlənir. Dişlərinizi ağartmaq istədikdə bu üsulu sınayın.

Dəfnə yarpağı və portağal qabığı

Dəfnə yarpağı və portağal qabığını əzib məcun qatılığına gətirin. Diş fırçasına bu qarışıqdan qoyub 5 dəqiqə ərzində dişlərinizi yuyun. Lakin hər gün istifadə etmək tövsiyə olunmur.

Yerkökü

Çiy yerkökünü rəndələyin, əzib məcun halına gətirin və diş fırçasına töküb dişlərinizi bununla yuyun. Yerkökünün içərisində dişləri ağartmaq üçün xüsusi bir maddə yoxdur, amma kökün sərt quruluşu dişlərinizi təmizləyərək, onları ağ və cəlbedici göstərəcək. Kökün dişlərə hər hansı bir zərəri olmadığından dişlərinizi ağartmaq üçün hər gün istifadə etmək tövsiyə olunur.

Banan

Bananda orqanizm üçün çox dəyərli qidalar var. Amma bananın qabığını zibilə atırıq. Halbuki onlar dişləri təbii şəkildə ağardan ən asan üsuldur. Bananın qabıq hissəsini əzib məcun edin, bununla dişlərinizi 2-3 dəqiqə ərzində təmizləyin.15-20 dəqiqə sonra normal diş məcunu ilə yuyun. Bunu həftədə 3 dəfə tətbiq edin ki, dişləriniz ağappaq olsun.

C vitamini ehtiva edən qidalar

C vitamini baxımından zəngin meyvələr də dişləri ağartmaq üçün ideal vasitədir. Limon, portağal, çiyələk, pomidor kimi ərzaqlar dişləri təbii şəkildə təmizləyir. Əzib onunla bir neçə dəqiqə ərzində dişlərinizi fırçalayın.

Karbonat

Karbonat əsrlərdir ki, dişləri ağartmaq məqsədi ilə istifadə edilir. Bu maddədən məcun hazırlamaq çox asandır. Su ilə karbonatı qarışdırdıqdan sonra dişlərinizi fırçalayın.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR